"Yerindən duran deyir ki, parlament yaşlanıb" - Deputat
"Bəziləri deyir deputatın yaşı 60-ı keçdi çıxdaş olub getməlidir. Bir çoxları deyirlər ki, təcrübəsi olan insanların olması daha yaxşı olardı ki, onların zəngin təcrübəsi var. Müxtəlif yanaşmalar var. İnsanların yanaşmalarına sədd çəkmək olmaz".
Bunu açıqlamasında deputat Tahir Rzayev deyib.
O bildirib ki, parlamentdə kifayət qədər gənc təmsil olunur:
"Milli Məclisin deputatlarının yarısı gənclərdir. Bu gənclər müəyyən qədər təcrübə öyrənməlidirlər. Dünya ölkələrinin parlamentlərinin işinə diqqət yetirsək, eləsi var 90 yaşında deputatdır. Yəni, 35-40 ildir parlamentdədir. Seçkini insanlar müəyyən edir. Bu məsələ kiminsə yanaşması ilə həll olunmur. Təəssüflər olsun ki, bizdə yerindən duran adamların əksəriyyəti parlamentin yaşlandığını deyir. Parlamentdə müəyyən insanlar ki, yaşı 70-i ötüb. Əksəriyyəti isə gənclərdir. Bəzilərinin yaşlı nəsilə belə baxışı məndə təəccüb doğurur. Elə bil ki, bunlar yaşlanmayacaq. Parlamentdə hər yaş qrupundan şəxs olmalıdır. Əsas meyar parlamentin fəaliyyətində, qanunvericilik prosesində fəal iştirak etməkdir. Gənc və ya yaşlı olsun, bu prosesdə fəal iştirak etmirsə, demək ki, vəzifəsini yerinə yetirə bilmir".
///Unikal.az / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat
Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz
"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - FOTOLAR