Yerli bazarı ələ keçirən əcnəbi qəhrəmanlar: "Hər şeyi istedadın axarına buraxmaq lazım deyil" - FOTO

Yerli bazarı ələ keçirən əcnəbi qəhrəmanlar: Yerli bazarı ələ keçirən əcnəbi qəhrəmanlar: "Hər şeyi istedadın axarına buraxmaq lazım deyil" - FOTO
"Ölkəmizdə kitab bazarı tam formalaşmayıb, kitab mağazaları çox məhdud saydadır. Yazıçı-nəşriyyat münasibətləri düzgün şəkildə tənzimlənmir".
Bunu Oxu.Az-a açıqlamasında yazıçı Varis Yolçuyev yerli uşaq ədəbiyyatı nümunələrinin azalması ilə bağlı danışarkən deyib.
Yerli bazarı ələ keçirən əcnəbi qəhrəmanlar: Onun sözlərinə görə, dünyada ədəbiyyata maraq azalıb:
"Əvvəla, ondan başlayaq ki, dünyada ümumən ədəbiyyata maraq nisbətən azalıb. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, mobil telefonun və internetin günümüzə basqısı marağın azalmasını şərtləndirir. Bununla yanaşı, ölkəmizdə kitab bazarı tam formalaşmayıb, kitab mağazaları çox məhdud saydadır, yazıçı-nəşriyyat münasibətləri düzgün şəkildə tənzimlənmir. Yerli ədiblər kitabların nəşriyyat və çap xərclərinin bahalığı, çətin satılması səbəbindən kitab yazmaq riskindən qaçırlar".
V.Yolçuyev qeyd edib ki, xarici cizgi filmləri, uşaq serialları günümüzə elə dərindən daxil olub ki, uşaqlarda əcnəbi qəhrəmanlara meyillilik kultu yaranıb:
"Daha gözəl poliqrafiyalı türkdilli, rusdilli və ingilisdilli uşaq kitablarının müvəffəqiyyətli satışı da yerli müəlliflərin kitablarının ayaq açmasına bir əngəldir. Və ən nəhayət, ölkədə uşaq yazıçılarının sayı həddindən artıq azdır".
Filoloq Nərgiz Cabbarlı son 10-15 ildə uşaq ədəbiyyatında boşluqlar yarandığını deyib:
Yerli bazarı ələ keçirən əcnəbi qəhrəmanlar: "Bədii və ideoloji cəhətdən zəif əsərlər yazılıb. Bu boşluqları doldurmaq üçün səy göstərməliyik. Müstəqillik dövründən bəri uşaq ədəbiyyatında zəifləmələr hiss olunur. Uşaq ədəbiyyatı ilə bağlı sovet dövründə siyasət aparılırdı. Həmin vaxt uşaq ədəbiyyatı Azərbaycanda kifayət qədər güclü olub. Lakin sonradan, müstəqillik illərində uşaq ədəbiyyatı zəiflədi.
Həmin mərhələni çox təəssüflə qeyd edirəm. O zaman uşaq ədəbiyyatından naşı insanlar istifadə edərək imzalarını tanıtmağa çalışdılar. Bir müsbət tərəfi oldu ki, uşaqlar üçün nəsə etməyə çalışdıqları göründü. Ancaq bədii və ideoloji cəhətdən zəif əsərlərin yaranması heç də xoş olmadı. Ədəbiyyat istedad məsələsidir. Əgər istedad yoxdursa, mətn də olmayacaq".
Filoloq qeyd edib ki, uşaq ədəbiyyatında daha çox tərbiyələndirmə faktoruna toxunmaq lazımdır:
"Uşaq ədəbiyyatını psixoloji, əqli inkişafa yönləndirməyə ehtiyac var. Başdansovdu yanaşmanı aradan götürməliyik. İstedadlara istiqamət vermək lazımdır. Bu sahədə müəyyən işlərin aparıldığını müşahidə edirəm. Bu məni sevindirir. Zəiflik göz önündədir. Bunu açıq şəkildə görürük. İrəliyə doğru müəyyən addımlar atmalıyıq. Boşluqlar aradan qaldırılmalıdır.
Son zamanlar bir çox nəşriyyatların fəaliyyəti məni sevindirir. Bu məsələyə artıq bir qədər ümidlə yanaşa bilirəm. Yavaş-yavaş uşaq ədəbiyyatında müəyyən imzalar görünməkdədir".
N.Cabbarlı əlavə edib ki, yönləndirmə, təşkilat missiyasını yerinə yetirən nəşriyyatlar olmalıdır:
"Hər şeyi istedadın axarına buraxmaq lazım deyil. Sistemli yanaşma və istiqamət olmadıqda boşluqlar yaranır. İndi bizdə nəşriyyatlar çoxdur. Onlar da bu sahədə müəyyən işlər görürlər. Kitab təkcə görüntü deyil, məzmun və mətn keyfiyyəti ilə bağlı məsələdir. İşə peşəkarlar cəlb olunmalıdırlar. Yavaş-yavaş da olsa, bu sahədə başlayan işlər öz nəticəsini verəcək".
Nərgiz Cabbarlı sonda qeyd edib ki, yeni imzalar arasından Günel Eminli, Nigar Mahmud, İbrahim Kərimov kimi şəxslərin işlərini qiymətləndirir.
Qeyd edək ki, Azərbaycanda uşaq yazarlarının sayının altı-yeddi nəfər olduğu bildirilir. Bu rəqəm ölkədə uşaq ədəbiyyatının hansı səviyyədə olduğunu göstərir. Məlumatlara görə, aşağı yaş qrupu uşaqlar üçün əsərlər də az yazılır. Bir başqa problem isə müstəqil uşaq televiziya kanallarının olmamasıdır. 
Nəzrin Vahid

Maraqlı       Tarix: 01 may 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri en son xeberler bu gun bugunun xeberleri son xeberler az