"Yevlax görüşünün ardı olacaq" - AÇIQLAMA
"Azərbaycan Ordusunun cəmi bur sutka ərzində antiterror tədbirlərini başa çatdırması və qanunsuz erməni hərbi birləşmələrinin təslim olması çox mühüm hadisədir".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Tural Əliyev deyib. Politoloqun sözlərinə görə, antiterror tədbirləri gözlənilən idi: "Artıq neçə vaxt idi ki, Azərbaycan Ordusuna qarşı təxribatlar artmışdı, hətta mülki aviasiyaya qarşı elektron dalğalarla maneçilik törədilirdi. Üç il idi Azərbaycan Ordusu dəfələrlə xəbərdarlıq edirdi ki, xunta rejimi və oradakı qanunsuz silahlı birləşmələr tərksilah olunsun, Ermənistan öz üzərinə düşən üçtərəfli bəyanatın 4-cü bəndini qeyd-şərtsiz icra etsin. Amma olmadı. Necə ki, Azərbaycan BMT-nin 4 qətnaməsini özü icra etdi, bu dəfə də üçtərəfli bəyanatın 4-cü bəndini öz üzərinə götürdü və öhdəsindən gəldi. Cəmi bir sutka ərzində xunta rejimi ağ bayraq qaldırdı və təslim oldu. Bununla da ermənilər Yevlaxa görüşə gəlməyə razılıq verdilər. Rəsmi Bakı bir neçə dəfə görüşlərin keçirilməsi üçün təkliflər göndərsə də, qondarma rejim bunu qəbul etməmişdi. Düşünürdülər ki, beynəlxalq təşkilatlar, bəzi dövlətlər onların arxasında dayanacaq və Azərbaycan antiterror tədbirlərinə getməyəcək. Amma burada zaman məsələsi vardı. Biz müəyyən müddət gözləmə mövqeyində dayandıq və son anda torpaqlarımızı separatçılardan təmizlədik.
Sonrakı proseslər də əlbəttə ki, asan deyil. Reinteqrasiya xeyli vaxt aparacaq. Çünki orada hələ də təslim olmayan kiçik qüvvələr var və tabe olmaq istəmirlər. Buna baxmayaraq, hazırda bölgədə tərksilah prosesi gedir. Kimlər ki tabe olmayacaq, yenə legitim hədəf hesab olunur və məhv ediləcək. Hüquqi prosedurlar həyata keçiriləcək. Vətəndaşlıq məsələləri könüllülük əsasında aparılacaq. Heç bir xüsusi status və imtiyaz olmayacaq. Rəsmi Bakı bunu əvvəldən bəyan edib".
Yevlaxdakı görüşün təfərrüatlarına da toxunan T.Əliyev bildirib ki, bütün bu proseslər Yevlax görüşünün ardı olacaq: "Burada artıq yol xəritəsi hazırlanır və xərtəyə əsasən sosial proqramlar və digər prosedurlar müzakirə olunacaq. Burada tərəflər yoxdur, mərkəzi hakimiyyət var. Bakı və erməni icması mövcuddur. Bunu bəzən səhv təqdim etməyə çalışırlar və Bakı-Xankəndi kimi qələmə verirlər. Belə bir dialoq mövcud deyil. Burada Azərbaycan Respublikasının vətəndaşlarından söhbət gedirsə, tərəf göstərmək hüquqi baxımdan düzgün deyil".
Politoloq diqqətə çatdırıb ki, hazırda bölgədə Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə koordinasiyalı şəkildə işləyir: "Bilirik ki, 2025-ci ildə sülhməramlıların fəaliyyət müddəti bitir. Əlbəttə ki, Rusiya bölgədə qalmaq istəyir. Yəni müddəti artırmaq niyyətləri var. Ancaq biz hələ hadisələri qabaqlamayaq. Çünki bir ildən də çox vaxt qalıb. Bu bir il ərzində çox proses baş verə bilər və bu, Rusiyanın Azərbaycana qarşı münasibətindən asılı olacaq".
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ