Yevlaxda ağır qəza: Bir nəfər öldü - VİDEO
Yevlaxda ağır qəza: Bir nəfər öldü - VİDEO
Yevlaxda bir nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baku TV xəbər verir ki, qəza gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Xanabad kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı avtomobillərdən birinin sürücüsü, 28 yaşlı Ağdaş rayon sakini Elvin Cabbarov hadisə yerində dünyasını dəyişib. Nəqliyyat vasitələri isə deformasiyaya uğrayıb.
Qeyd edək ki, hadisənin yaşandığı magistral yolu yeni çəkilib. Orada sürət həddini göstərən lövhələr quraşdırılıb, ötmə əməliyyatını tənzimləyən xətlər çəkilib.
Əraziyə polis əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az
f PaylaşTezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR