Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi

Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildiYevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 
Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan şəxslər və b. iştirak edib. 
V.Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən bir çox bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi  var. Cənab Prezidentin göstərişi ilə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində müvafiq işlər aparılır. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. 
Nazir müavini reabilitasiya mərkəzinin bir çoxunda – Mərdəkan Müalicə Pansionatında, Protez Ortopedik Bərpa Mərkəzində, Yevlax, Naftalan, Xaçmaz, Şəki, Lənkəran və Sumqayıt Regional Bərpa Mərkəzlərində əsaslı təmir və yenidənqurma işləri aparıldığını deyib. Bildirib ki, cari ilin sonuna qədər həmin müəssisələrin əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsi nəzərdə tutulub və onlardan artıq Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin bu gün istifadəyə verilir.
O, dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndiriləcəyini də qeyd edib. Bu il Şəmkir və Qəbələ rayonlarında hər biri 50 çarpayılıq Uşaq Bərpa Mərkəzlərinin inşasına başlanmasının planlaşdırıldığını, növbəti illərdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini, yeni mərkəzlərin tikiləcəyini bildirib. 
V.Nəsirli Yevlax Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılmaqla yanaşı, mərkəzin yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla təchiz edildiyini deyib. O qeyd edib ki, Mərkəzdə əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Burada əlilliyi olan şəxslərin müalicə idmanına cəlb olunması, onlarda  gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə işlər görüləcək, müasir və sınanmış metodika və texnologiyalardan da istifadə ediləcək. 
Bildirilib ki, yeni qurulan "Reabilitasiya" altsistemi bərpa müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq. Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da həmin Komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında şəffaf, obyektiv şəkildə  aparılacaq.
A.Tağıyev əlilliyi olan şəxslər üçün belə bir müasir tələblərə uyğun reabilitasiya müəssisəsinin istifadəyə verilməsinin Prezidenti İlham Əliyev tərəfindən həssas qruplara, o  cümlədən əlilliyi olan şəxslərə göstərilən xüsusi qayğının bir təzahürü olduğunu vurğulayıb. O, dövlət başçısının sosial siyasətinin Yevlax rayonunda da uğurlu icrası sahəsində aparılan işləri qeyd edib.
İctimai təşkilatların nümayəndələri, əlilliyi olan şəxslər çıxış ediblər. Onlar ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, reabilitasiya müəssisələrinin müasir tələblərə uyğun qurulması sahəsində atılan mühüm addımlara görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. 
Qeyd edilib ki, müəssisədəki şəraitin əlilliyin olan şəxslərə müyəssərliyi də təmin edilib, burada fiziki məhdudiyyətli şəxslərin hərəkət imkanları üçün maneəsiz şərait mövcuddur.  
Sonra mərkəzdə yaradılan şəraitə baxış olub. /oxu.az

Sosial       Tarix: 08 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır

Ekspertlər işlənmiş avtomobildə gizli problemləri necə tez bir zamanda müəyyən etməyin yollarını açıqlayıblar. İşlənmiş avtomobili almaq həmişə böyük bir risk daşıyır. . Bu sahə üzrə ixtisaslaşmış ekspertlər odometri ger

Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. İlkin məlumata görə, "KIA"

Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü

İyulun 5-də Şərurun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub. Qəza ilə bağlı Baş DYP İdarəsi məlumat yayıb. İlkin araşdırma zamanı məlu

Azərbaycanda yaşlıların ən çox yaşadığı rayonlar

Azərbaycanda son 5 ildə 70 və yuxarı yaşlı əhalinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ölkə üzrə bu yaş qrupuna daxil olanların sayı 150 mindən çox artsa da, rayon və şəhərlər üzrə statistika fərqli mənzərə ortaya qoyur

Bu şəxslərin beyni daha gec qocalır - ARAŞDIRMA

Bir neçə xarici dilə yiyələnmək beynin daha uzun müddət gənc qalmasına kömək edə bilər. Bu barədə fizik Dmitri Lapşin beynin bioloji yaşının müəyyən edilməsi ilə bağlı aparılan beynəlxalq araşdırmanın nəticələrinə istinadə

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy

Milli irsdən ilham alan 'ŞAHGÖL' – Arifə Əliyeva ikinci kolleksiyasını təqdim etdi

Jurnalist, "ARIFA" brendinin yaradıcısı Arifə Əliyeva sayca ikinci kolleksiyası olan "ŞAHGÖL" yaylıq kolleksiyasını təqdim edib. xəbər verir ki, Azərbaycanın zəngin mədəni irsindən ilham alan kolleksiy

Sosial şəbəkələrdə reklam olunan arıqlama məhsulları niyə təhlükəlidir?

Xəbər verdiyimiz kimi, arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsulları ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 bugunun xeberleri xeberler bu qun xeber.az