Yoluxmanın neçənci günündə test və KT doğru nəticə göstərir? - Radioloqdan AÇIQLAMA

Yoluxmanın neçənci günündə test və KT doğru nəticə göstərir? - Radioloqdan AÇIQLAMASon günlərin ən çox rast gəlinən sualı radioloji müayinələrdə COVİD pnevmoniyası aşkar edildiyi halda, xəstəlik üçün spesifik hesab edilən PCR testin (yaxma) neqativ nəticə göstərməsi ilə bağlıdır.
İnsanlar narahatdır, əgər xəstəliyin kliniki gedişi, əlamətləri və KT görüntüləri COVİD üçün xarakterdirsə, nədən test neqativdir?
Milli.Az medicina.az-a istinadən ATU Cərrahiyyə klinikasının radioloqu Məlahət Cahangirin açıqlamasını təqdim edir:
"İlk öncə qeyd edim ki, elmi faktlara, sübutlara əsaslanmayan, praktiki nəticələrə söykənməyən heç bir fikir sizləri çaşdırmasın. Tədqiqatlar göstərir ki, yoluxmanın 1-4 günlərində testin yanlış mənfi nəticələri uyğun olaraq 100% -dən 60% -dək azalır, 8-ci gündə hətta 20% ola bilir. Bu baxımdan yoluxmadan sonrakı 8-ci gün test üçün optimal zaman hesab edilir.
Sonrakı 9-21 günlərdə isə yanlış mənfi nəticələr 66%-dək yüksəlir. Deməli, testin nəticələrinə təsir edən amil onun götürüldüyü vaxtdır.
Xəstəlik inkişaf etdikcə virus aşağı tənəffüs yollarında lokallaşır və bu səbəbdən test yanlış neqativ olur.
Lakin pandemiyaya nəzarət etmək üçün testin aparılması vacibdir və yanlış mənfi nəticələr heç də bu prinsipə təsir etməməlidir.
Bu testin həssaslığının 70-80% arasında dəyişdiyi göstərilsə də, spesifikliyi çox yüksəkdir - 98%-dən yüksək.
Yanlış mənfi nəticələrin digər səbəbləri testin düzgün götürülməməsi ola bilər, ayrıca biomaterial virusun təyin edilməsi üçün lazımi həcmdə götürülməlidir.
Bir maraqlı məqam isə odur ki, əgər test siqaret çəkmədən dərhal sonra götürülərsə, yanlış mənfi nəticənin olması ehtimalı daha yüksəkdir. Çünki siqaret çəkmə virusun RNT-sinin xaric olmasını tormozlaya bilir.
Həmçinin xəstə testdən qabaq antiseptik və yaxud digər maddələrlə qarqara etmişdirsə, bu zaman da testin nəticələri yanlış mənfi ola bilər.
Testin etibarlı nəticəsi üçün testin götürülməsinə hazırlıq, biomaterialın götürülməsi, nümunənin laboratoriyaya daşınması və nəticələrin interpretasiyasından ibarət düzgün zəncir qurulmalıdır.
Odur ki, COVİD pnevmoniyasının diaqnostikasında səciyyəvi kliniki əlamətlər və səciyyəvi KT görüntüləri vacib hesab edilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 27 iyun 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün apa.az xeberler son xeber az valyuta