"Yüksəliş" dövlət və özəl sektorun marağındadır - FOTO

"Yüksəliş" dövlət və özəl sektorun marağındadır - FOTO"Yüksəliş" dövlət və özəl sektorun marağındadır - FOTO
"Yüksəliş" müsabiqəsi Azərbaycanda potensial kadr seçimi və hazırlığına yönəlmiş ən irimiqyaslı layihədir. Müsabiqə həm də idarəçilərə öz peşələrində yüksəlməyi vəd edir, özünü kəşf etmək üçün yeni imkanlar yaradır. İnkişafa, islahata hədəflənən çoxməqsədli proqramları həyata keçirməyi planlaşdıran müsabiqə yerli dövlət və özəl qurumlarla yanaşı, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin də marağına səbəb olub. 
Qaliblər qlobal təcrübə proqramına qoşula biləcəklər
Dünya Bankının Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zaur Rzayev müsabiqəni ölkəmizdə insan kapitalının gücləndirilməsi baxımından çox ciddi addım kimi dəyərləndirib. O bildirib ki, Dünya Bankının xüsusi təcrübə proqramı mövcuddur və bu təcrübəni müsabiqə iştirakçıları ilə bölüşməyə hazırdır: "Gələcəkdə öz karyerasını Dünya Bankı qrupu ilə bağlamaq istəyən qalib bu proqrama müraciət edə bilər. Hətta bu təcrübə proqramında uğur qazanarlarsa, bir neçə ay ərzində Dünya Bankının baş qərargahında çalışmaq imkanı yaranır. Əlbəttə, daha çox azərbaycanlının dövlətlərarası təşkilatlarda, beynəlxalq korporativ sektorda çalışması ölkəmiz üçün də uğurlu addım olardı". 
"Yüksəliş" dövlət və özəl sektorun marağındadır - FOTOASAN Xidmətin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli də innovativ düşüncəli, yüksək səriştəli kadr axtarışı istiqamətində "Yüksəliş" layihəsinin ölkə üçün əhəmiyyətindən danışıb: "Xüsusən gənclərlə işləyən idarəçi kimi müşahidələrimə əsasən deyə bilərəm ki, gənclərimizin sosial və maarifləndirici tədbirlərdə aktiv iştirak etməsi sevindirici haldır. Təlimlərə qatılıb özlərini inkişaf etdirmələrinə, təkmilləşdirmələrinə vaxt ayırırlar. "Yüksəliş" müsabiqəsi də bu məqamda çox vacib bir addım idi. Bir neçə il əvvəl konüllülük proqramına qatılan elə şəxslər var ki, artıq bəziləri idarəçi işlərdə çalışırlar. Bu müsabiqəyə də böyük maraq və həvəslə qatılıblar. Onlar şəffaflığın, hər hansı bir bürokratik əngəllərin olmadığı mühitdə yetişən gənc beyinlərdir. Əlbəttə, belə bacarıqlı insanların gələcəkdə müxtəlif strukturlarda çalışmasına böyük zərurət var". 
"Yüksəliş" dövlət və özəl sektorun marağındadır - FOTODOST Agentlyinin şöbə müdiri Tural Əlizadə bildirib ki, dünyada əmək bazarında ənənəvi biliklərlə yanaşı, bacarığı olan şəxslərə də üstünlük verilir. "Yüksəliş" müsabiqəsinin də mahiyyətində liderlik qabiliyyəti, strateji düşüncə, dəyişikliklərin həyata keçirilməsi, yeniliklərə açıq olmaq və sosial məsuliyyət kimi kompetensiyalar yer alır. Təbii ki, bu müsabiqənin ölkəmizdə təşkili kadr potensialının formalaşdırılmasında yeni yanaşma deməkdir".
"Yüksəliş" dövlət və özəl sektorun marağındadır - FOTOQeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Sosial       Tarix: 15 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun ən son xəbərlər bugün en son xeberler bu gun apa.az xeberler