Yuri Şevtsov: "Azərbaycan üçün Aİ maraqlı deyil və mən bunu başa düşürəm" - MÜSAHİBƏ

Yuri Şevtsov: "Azərbaycan üçün Aİ maraqlı deyil və mən bunu başa düşürəm" - MÜSAHİBƏYuri Şevtsov: "Azərbaycan üçün Aİ maraqlı deyil və mən bunu başa düşürəm" - MÜSAHİBƏ
Avropa Parlamenti Aİ ilə "Şərq Tərəfdaşlığı" (ŞT) proqramında iştirak edən ölkələr arasında ortaq iqtisadi məkan yaratmağı təklif edib. Bundan əlavə, "Azadlıq Radiosu"nun məlumatına görə, Avropa parlamentariləri "Şərq Tərəfdaşlığı"na daxil olan ölkələrin Aİ-yə üzvlüyünü istəyirlər, lakin qeyri-müəyyən gələcəkdə. Hər halda, COVID-19 pandemiyasının bir çox layihələri arxa plana atdığını nəzərə alsaq, xəbərlər heyrətamizdir.
Media.AzBelarus Avropaya inteqrasiya problemləri Mərkəzinin direktoru Yuri Şevtsova şərh üçün müraciət edib.
- Avropa Parlamenti gözlənilməz fəallıq göstərərək "Şərq Tərəfdaşlığı"na üzv ölkələrin Aİ-yə daxil olması mövzusunu yenidən gündəmə gətirdi. Birdən-birə niyə belə bir təşəbbüs irəli sürüldü, axı elə görünürdü ki, "Şərq Tərəfdaşlığı" Aİ layihəsi kimi çoxdan yox səviyyəsindədir?
- Bu, çətin sualdır. Əlbəttə ki, mən "Şərq Tərəfdaşlığı" ölkələrinin hamısının əvəzinə danışa bilmərəm, amma hər halda, Belarus bu ölkələr arasında fərqlənir. Bunun səbəbini izah edəcəyəm. "Şərq Tərəfdaşlığı" Minskin iştirak etdiyi yeganə Avropa proqramı idi. Moldova və ya Gürcüstan üçün "Şərq Tərəfdaşlığı" Aİ-dən istədikləri ilə müqayisədə "geriyə addım" idisə, Belarus üçün bu, Brüsseldə Avropa rəsmiləri ilə münasibət qurmağa imkan verən yaxşı proqramdır.
- Avropa Parlamentində niyə məhz indi "Şərq Tərəfdaşlığı"nı aktivləşdirmək qərarına gəlinib?
- Bəlkə də, bu bir təsadüfdür, ayrı-ayrı şəxslərin təşəbbüsüdür.
- Bu fonda Ukraynanın Xarici İşlər naziri Dmitri Kulebanın "Şərq Tərəfdaşlığı"nda Ukrayna, Moldova və Gürcüstanın xüsusi rolu ideyasını təbliğ etməsi barədə xəbərlər diqqəti özünə cəlb edir. Bəs digər ölkələr - Ukrayna Xarici İşlər nazirinin qeyd etmədiyi Belarus, Azərbaycan və Ermənistan?..
- Belə qradasiya çoxdan mövcuddur. Bu problemin mövcud olduğu əvvəlcədən aydın idi. Bəzi ölkələr fərdi proqramın olmasında təkid edirdilər, çox şey gözləyirdilər. Söhbət elə məhz Gürcüstan, Moldova və Ukraynadan gedir.
- Necə düşünürsünüz, "Şərq Tərəfdaşlığı" dalandır, yoxsa tramplin? Qərb ekspertlərinin əksəriyyəti uzun müddətdir açıq şəkildə bildirirlər ki, "Şərq Tərəfdaşlığı" ölkələrinin Aİ-yə daxil olmaq şansı yoxdur.
- Müxtəlif ölkələr problemləri həll etmək üçün "Şərq Tərəfdaşlığı"nı bir fürsət kimi qiymətləndirirlər. Belarus üçün bu, sanksiyalar şəraitində Avropa bürokratiyası ilə münasibətlər qurmaq üçün fürsətdir. Azərbaycanın Aİ və "Şərq Tərəfdaşlığı" ilə münasibətdə sərgilədiyi mövqeyə gəlincə, onun yaşamaq hüququ var. Azərbaycan üçün Aİ və misal üçün, Moldova ilə münasibətlərdə koordinasiyaya ehtiyac yoxdur. Çünki ortaq maraqlar yoxdur. Bunun Azərbaycan üçün maraqlı olmadığını başa düşürəm. Bir daha deyim ki, Avropa İttifaqının, ilk növbədə bürokratiya olduğunu başa düşməliyik.
- Koronavirusun yaratdığı böhran Aİ ölkələrinin bir-birinə kömək edə bilməyəcəyini göstərdi. Aralarındakı sərhədləri bağladılar. Bəs belə bir vəziyyətdə "Şərq Tərəfdaşlığı"nın işə salınmasından necə danışmaq olar?
- Ona görə də, söhbətin əvvəlində qeyd etdim ki, bu, çətin sualdır. Heç kəsin bu əhvalda olmadığı bir dövrdə "Şərq Tərəfdaşlığı" mövzusu niyə indi aktuallaşdı? Cavabım yoxdur. Ancaq bir mənfi hal da görmürəm, bu, ölkələrimizi təhdid etmir, gərginləşməyə ehtiyac yoxdur. /oxu.az

Siyasi       Tarix: 27 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber cəbhədən son məlumat bu gunun xeberleri kriminal bugun