"Yusif çantanı açanda şok oldu, içində yarım milyon vardı" - Bakıda inanılmaz hadisə

Bakıda iş adamına hücum edərək içərisində 479 075 manat olan çantasını əlindən alan şəxslərin məhkəməsi başa çatıb. 
KONKRET.azxəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Elşən M. və 1996-cı ildə anadan olmuş Faiq N. Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (Quldurluq – 181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədilə və sağlamlığa ağır zərər vurulmaqla) maddələri ilə təqsirləndiriliblər.
Məlum olub ki, hadisə ötən ilin 16 avqust tarixində paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yerləşən binanın dəhlizində baş verib. Elşən və Faiq əvvəlcədən hazırladıqları plana əsasən iş adamı, valyutadəyişmə fəaliyyəti ilə məşğul olan Bəxtiyar S-i izləyiblər. Belə ki, nazirliklərdən birində sürücü işləyən və hadisə yerinə xidməti avtomobillə gələn 52 yaşlı Elşən pusquda dayanıb. Faiq isə əvvəlcədən öyrəndiyi kodla binanın qapısını açaraq dəhlizdə Bəxtiyarı gözləyib.
Bəxtiyar əlindəki komputer çantası ilə bloka daxil olarkən Faiq ona hücum edərək vəhşicəsinə döyüb. O, daha sonra huşunu itirən biznesmenin çantasını götürərək qaçıb və Elşənin avtomobilinə minərək uzaqlaşıb. Onlar cinayəti təşkil etmiş Elşənin qohumu Yusifin yanına gediblər və çantanı açdıqda içərisində 479075 manat (5540 manat ekvivalentində 200000 rus rublu, 365500 manat ekvivalentində 215000 dollar və 108000 manat) aşkar edərək aralarında bölüblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Faiq N. hadisə barədə bunları deyib:
"Yusif bizə həmin adam barədə məlumat vermişdi. Sonra plan quraraq Elşənlə mənə harada görüşəcəyimizi, saatını, yerini və digər detalları demişdi. Həmin gün Bəxtiyarı görən kimi ona iki yumruq vurdum və içərisi pulla dolu çantanı götürüb blokdan çıxdım. Götürdüyüm puldan Yusif mənə 115 min manat verdi. Bizi bu əməli törətmək üçün o istiqamətləndirmişdi. Elşənin cinayət əməlində işi zərərçəkmiş şəxsin bloka girməsini mənə xəbər verməkdən ibarət idi. Yusif isə Bəxtiyarın blokunun qapısının kodunadək hər detalı bilirdi. Əldə olunmuş pul üç adamın, yəni mənim, Elşənin və Yusifin arasında bölüşdürüldü. Pul bölgüsündən ən çox Yusifə pay düşdü. Pulu elə o özü böldü.
Yusif hadisə yerinə Elşənə məxsus "BMW" minik markalı * FH ** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdi. Mən çantanı götürəndən sonra qaçaraq onun idarə elədiyi maşına mindim. Yusif maşından düşdü və sükan arxasına Elşən keçdi. Mən arxa oturacaqda Yusifin yanında əyləşdim. Elşən cəld maşını hərəkətə gətirdi və ordan uzaqlaşdıq. Maşında Yusif çantanı açdı və sevincindən qışqırıb çantada təxminən yarım milyon pul olduğunu söylədi".
Faiq isə ifadəsində bildirib ki, Vətən müharibəsi döyüşçüsüdür:
"Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşam. Döyüşlərdə həm qolumdan, həm də ayağımdan yaralanmışdım. Törətdiyim əməldən peşmanam".
Araşdırmalar zamanı məlum olub ki, Faiq Elşənə məxsus avtotəmir sexində işləyirmiş. Elşən yaşının çox olmasını bildirərək Yusifə bu işə Faiqi də qoşmağı təklif edib və onlar razılaşıblar.
İş adamı Bəxtiyar S. da bildirib ki, ona hücumu planlaşdıran Yusif dostu Vüsalın əmisi oğludur və bir neçə dəfə yaşadığı yerə gələrək onunla valyutadəyişmə əməliyyatı edib:
"Həmin gün Təbriz küçəsindəki evimə getmişdim. Ailə üzvlərim şəhərdən kənarda olduqları üçün pulları özümlə götürmüşdüm. Mənzilimə gedərkən blokun içərisində tanımadığım, sonradan adının Faiq olduğunu bildiyim şəxs qarşımı kəsdi. Məni vuraraq pulla dolu olan çantamı götürdü. Çantanın içərisində 110000 manat və 213000 dollar var idi. Faiq alnımdan vurmuşdu və məni çox döydüyü üçün huşumu itirmişdim. Hadisəni təşkil edən Yusif dostum Vüsalın əmisi oğludur. Yusif mənə manat verib dollar götürürdü. o, bizim bloka bir dəfə gələndə qapının kodunu görüb. Aparılan pulun bir hissəsi mənə qaytarılıb. Təxminən 280000 manat da qaytarılmalıdır".
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Məhkəmə Faiq və Elşənin hər birini 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd edilib.

Hadisə       Tarix: 16 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag son xeber xeberler bu qun xeberler az