Yüzlərlə turist "buludlar arasında şəhər"dən çıxa bilmir - FOTO
Yüzlərlə turist "buludlar arasında şəhər"dən çıxa bilmir - FOTO
Peruda yüzlərlə turist hökumət əleyhinə etirazlara görə ölkənin əsas turizm mərkəzi sayılan Maçu-Pikçudan çıxa bilmir.
Bu barədə Perunun xarici ticarət və turizm naziri Luis Elqero bildirib.
Onun sözlərinə görə Maçu-Pikçuda hazırda 417 turist qalıb, onlardan 300-dən çoxu əcnəbidir.
"Turistlər dəmiryol relsləri bir neçə hissədə zədələndiyi üçün onları tərk edə bilmirlər", - deyə o bildirib.
Qədim inklərin paytaxtı olan Maçu-Pikçu Perunun əsas görməli yerlərindən biridir, hər il yüzminlərlə turist oranı ziyarət edir. Bura "Xarabalıqlar içində olan şəhər", "Buludlar arasında şəhər" və ya "İnklərin itirilmiş şəhəri" kimi də tanınır.
Xatırladaq ki, Peruda etirazlar 2022-ci il dekabrın 7-də dövlət başçısı Pedro Kastilonun vəzifəsindən kənarlaşdırılmasından sonra baş qaldırıb. Aksiyaçılar prezident Dina Boluartenin istefasını, parlamentin bağlanmasını və yeni seçkilərin keçirilməsini tələb ediblər. Etirazlar regionlarda yolların bağlanması, hava limanlarına hücumlar və hökumət nümayəndələri ilə toqquşmalarla müşayiət olunub. İndiyə qədər 50-dən çox insan zorakılığın qurbanı olub, yüzlərlə insan yaralanıb.
Yanvarın 19-da axşam Peru hakimiyyəti Amazonas, Libertad və Takna departamentlərində 30 təqvim günü müddətində fövqəladə vəziyyət elan edib. Keçən həftənin sonunda eyni tədbir Puno, Kusko və Lima departamentlərinə, həmçinin Apurimak, Madre de Dyos və Mokequa departamentlərinin bir neçə əyalətinə münasibətdə qəbul edilib.



Mənbə: TASS / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu