Zahid Oruc bu seçki dairəsindən deputatlığa namizəd oldu

Zahid Oruc bu seçki dairəsindən deputatlığa namizəd oldu6-cı çağırış Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Məhərrəm oğlu Oruc 33 saylı Xətai 1-ci seçki dairəsindən namizədliyini irəli sürüb.
azxeber.com ətraflı məlumatı təqdim edir:
"Ulu Qarabağın ayrılmaz parçası olan, 100 mindən artıq məcburi köçkünü son 33 ildə qoynuna alan Bərdə rayonunun təmsilçisi adını hər zaman qürurla daşımağa çalışdıq, qədirbilən bərdəlilərə özümüzü borclu saydıq",-deyən Z. Oruc vurğulayıb ki, Vətən müharibəsində Qələbəyə gələn şərəfli yolu Ali Baş Komandanın rəhbərliyi altında birgə keçərkən bütün bölgələr kimi, Bərdənin də həyatında köklü dəyişikliklər baş verdi.
İşğal illərində düşmən qüvvələrə səngər olan, ölkəmizin qaçqın və köçkün əhalisinin, çadır şəhərlərinin ən çox yerləşdiyi qədim Bərdədə dövlətimiz tərəfindən tarixi quruculuq işləri həyata keçirildi, müasir qəsəbələr inşa olundu, 100-lərlə kəndin mavi yanacaq, su təchizatı, məktəblərin tikintisi və yolların çəkilişi gerçəkləşdirildi. Doğrudur, hər bir bölgənin özünəməxsus problem və qayğıları indi də mövcuddur, lakin Bərdə nəinki otuz il, hətta on il əvvəlki məkan deyil və bu inkaredilməzdir.
İndi namizəd kimi Xətai rayonunu seçərkən, həm fəaliyyətimizin aparıcı sahəsinə çevrilən-tədqiqatçılıq təcrübəmizlə, həm də, ötən seçkilər zamanı yaxından tanımaq imkanı qazandığımız ərazinin xüsusiyyətləri, o cümlədən, Vətən Müharibəsində əbədi borclu olduğumuz şəhidləri, Milli Qəhrəmanları, fədakar veteranları ilə fəxr edən sadə və bütöv vətəndaşların, dəyərli ziyalıların və dövlətçilik mövqeyində olan qüvvələrin dəstəyinə arxalandıq və buna güvənirik.
Tam suverenliyimizin təmin olduğu şəraitdə Xətainin adını daşıyan rayonumuzda keçirilən ilk Parlament seçkiləri tariximizlə də səsləşir. 120 yaşlı inzibati-ərazi vahidinin-həm ən böyük sərvətimiz olan insan potensialı, həm də, güclü sənaye infrastrukturu mövcuddur, mühüm kommunikasiya qovşaqları var. Ölkəmizdə Zəfər tarixinin ilk prezident seçkiləri ilə başlayan cari 2024-cü ilin ikinci yarısında keçiriləcək seçkilərlə bütün hakimiyyət institutlarının formalaşması Qarabağın 30 ildən artıq işğalına tam son verildiyi dövrün ən böyük siyasi hadisəsidir. Sovetlərin dağılmasından sonra Azərbaycanda siyasi proseslərin təməl mövzusunu Qarabağ təşkil edib. Müxtəlif qüvvələrin ümumilli problemin həlli şüarları ilə siyasi səhnəyə gəlməsi və getməsi də- torpaqların azad edilməsi faktoru ilə müəyyənləşib. "Bu seçki kampaniyası əvvəlkilərdən nə ilə fərqlənir?"-sualına ən böyük cavab 8 noyabr Zəfər və 20 sentyabr Bütövlük günüdür. Prezident İlham Əliyev-"Qələbəmizin nəhəng geosiyasi arxitekturada "böyük layları tərpətməsi", nəinki ölkəmizdə, eləcə də, regionda və dünyada tamamilə yeni reallıqların yaranmasına, mövcud dünya nizamının laxlamasına təkan verməsini xüsusi qeyd edib.
Tariximizdə ilk dəfə, deputatlığa namizədlərin seçki proqramlarında "Ümumilli problem", "Qarabağ münaqişəsi", "Qaçqın və məcburi köçkünlər" adlanan bəndlər yer almayacaq.
14 fevral tarixində inaqurasiya mərasimində dövlət başçısının Yeni Tarixi Mərhələnin bəyanı -erkən parlament seçkilərinin izahında əsaslı arqumentdir. Azərbaycan məğlub ölkə əsrindən-Qalib ölkə Yüz ilinə qədəm qoyub. Müstəqillik tariximizin ən ağır: "Zəfərə qədərki" dövrü sona çatıb, "Zəfərdən sonrakı"-qalibiyyət tarixi yazılır.
2024-cü ilin Parlamenti Qarabağın azadlığından sonrakı dövrün bütün partiyaları, hərəkatları və namizədləri Yeni Siyasi Gündəliyin formalaşdırılmasında maraqlı olmalıdır. Elə bir Parlamentin seçilməsi zərurətə çevrilib ki, ideoloji dayaqları Ulu Öndər ideallarına söykənərək, bütün siyasi baxış və görüşləri özündə birləşdirsin, hakimiyyət orqanları arasında çevik balanlaşdırma yaratsın, xalqla kommunikasiya platformasına çevrilsin və məhz bu milli birliklə ölkəmizə qarşı gözlənilən xarici hücumlara qarşı siyasi sipər olsun.
Fəal seçki kampaniyası aparacağına və qalib vətəndaşları təmsil edəcəyinə inanan Zahid Oruc sənədlərini rəsmən Dairə Seçki Komissiyasına təqdim edib. Xatırladaq ki, həmin dairə üzrə hazırda namizədlərin sayı 11 nəfərdir".

Siyasi       Tarix: 16 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər butun xeberler en sonxeber cəbhədən son xəbər