Zahid Oruc: "Trol orduları informasiya məkanımızı zəbt edib

Zahid Oruc: "Trol orduları informasiya məkanımızı zəbt edibZahid Oruc: "Trol orduları informasiya məkanımızı zəbt edib"
"Görmək çətin deyil ki, qlobal sosial şəbəkələr virtual Azərbaycanın gerçək aləm olduğunu şüurlara sırıyır. Sürətlə saxta xəbərlərin əsirinə çevrilirik. Trol orduları informasiya məkanımızı zəbt edib. Xalqımızı onlar məlumatlandırır. Bu çox təhlükəlidir. Tik-toklaşan media, tik-tok mədəniyyəti və min bir xırdavat ictimai şüuru yaradır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. 
O bildirib ki, informasiya üzərində hakimiyyəti əldən verəndə onun ağır nəticələri qaçılmazdır. 
Deputat deyib ki, son 6 ayda hər gün Qarabağda növbəti hərbi toqquşmaların, Rusiyanın hərbi paradı ətrafında ajiotajın, məmurlar arasında iqtisadi mənafe uğrunda uydurulan parçalanmanın üzərindən insanlarımız təbliğat hücumlarına məruz qalır. 
"Lakin təkcə bir misalın nəticəsi-9 mayda iddiaların gerçəkləşməməsini sorğu-sual edən yoxdur, əvəzində yeni qara təbliğatla süni, qeyri-real gerçəklik formalaşdırır, obyektiv, inanılmış xəbərlər şübhə altında qoyulur. Azərbaycana qarşı maliyyələşdirilən informasiya platformalarına iqtidarı linç etmək üçün aşağıdakı tezislər ətrafında tapşırıqlar verilib: 
Dövləti şəhid ailələri ilə üz-üzə qoyun və onun müqəddəsliyə söykənən təbliğatını ləkələyin! Dövləti qazilərlə qarşıdurmada qələmə verin və belə mənzərə yaradın ki, düşmənlə silahla vuruşan oğullar məmurlarla da eyni üsulla mübarizə aparmalıdır. Dövləti Rusiya ilə gizli işbirliyində ittiham edin və Kremldən idarə olunan iqtidar imicinə hər gün yeni cizgilər qatın. Ənənəvi korrupsiya mövzusu ilə hakimiyyətdə hamını oğurluqda suçlandırın, qanundan kənar elan edin.
Dünyada azərbaycanlılarla bağlı baş verən istənilən neqativ hadisəni, ölən, itən, ailə dramı yaşayan hər kəsi hakimiyyətlə əlaqələndirin, onların cansız varlığını, şəxsi uğursuzluqlarını iqtidarın üzərinə atıb onu dünya xəbər məkanında hədəfə çevirin. Mənəvi dəyərləri inkar edən bir xətti qabardın, ailələrin etnik, dini, siyasi və region mənsubiyyəti, cinsəl kimliyi əsasında dağılmasını tirajlayın, mavi inqilab üçün mühit hazırlayın!" 
Z.Oruc qeyd edib ki, saxta xəbərlərin dövriyyəyə çıxmasının texnologiyası isə çox sadədir: ilk olaraq, diqqət çəkməyən şəxsi hesablarda bir iddia ortaya atılır, daha sonra həmin versiya dövlətdaxili ziddiyyət kimi qələmə verilir. 
Z.Oruc bəzi media orqanlarını da tənqid edib, onları saxta təqdimatlarda təqsirləndirib. 
"Baxın, cəmiyyətimizi maksimalizmə elə öyrədirlər ki, sensasiya və şok olmayan hadisənin, normal xəbərin qəbulu get-gedə çətinləşir".
Millət vəkili təklif edib ki, xəbərin meydanı genişləndirmək, mətbuatın müstəqilliyini artırmaq və peşəkarlıq üçün mediadan uzaqlaşmış yüzlərlə insanın yerini doldurmaq gərəkdir: 
"Saxta informasiya ilə müharibə üzrə yeni dövlət startegiyasına ehtiyac var. Biz parlamentarilər də onun hazırlanmasında iştirak etməliyik. 
İkincisi bütün teleradioların sosial şəbəkə üzərindən auditoriyasını genişləndirməliyik. Şəbəkə mütəxəssislərini yetişdirmədən işlər getməz. Çünki çoxmilyonlu auditoriya uğrunda mübarizə əraziləri ələ keçirmək üçün aparılan silahlı döyüşlərdən daha amansız gedir!", - deyə Z.Oruc fikrini yekunlaşdırıb. 
Aqşin Kərimov

Siyasi       Tarix: 25 may 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari valyuta mezennesi metbuat xeberleri az xeber