Zakir Həsənov müşavirə keçirdi, "hər an hazır olun" tapşırığını verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib.
azxeber.com xəbər verir ki, nazir tapşırıqlarını Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə çatdırıb.
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.
Müdafiə naziri yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinin fəaliyyətini, eləcə də onların komplektləşməsinin uğurla icra olunduğunu müsbət qiymətləndirib.
Z.Həsənov komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?