Zakir Həsənov türkiyəli həmkarını və Baş Qərargah rəisini təbrik etdi
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə və Baş Qərargah rəisi ordu generalı Metin Güraka təbrik məktubu ünvanlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məktubda deyilir: "Sizi, ailənizi və tabeliyinizdə olan şəxsi heyəti Cümhuriyyət Bayramının 100-cü ildönümü münasibətilə ən səmimi diləklərimlə ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli işinizdə müvəffəqiyyət arzulayıram.
Mustafa Kamal Atatürk, silahdaşları və şanlı Türk ordusu ilə birlikdə bir milləti əsarətdən qurtararaq, ardından da yepyeni bir ulus quraraq, 29 oktyabr 1923-cü ildə Türkiyə Respublikasını elan etdi. 1923-cü ildən bəri müstəqillik yolunda Türkiyə Respublikası bütün çətinliklərə mərdliklə sinə gərdi. Müstəqillik uğrunda döyüşlərdə Türk əsgərinin yenilməzliyini, Türk xalqının rəşadətini düşmənlər də öz xatirələrində etiraf ediblər. İstiqlal Savaşında Türkiyə vətəndaşlarının göstərdiyi şücaətlər Türk tarixində qızıl hərflərlə yazılmış, əfsanələr yaratmışdır.
Bir daha Sizi Cümhuriyyət Bayramının 100-cü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətçilik və azadlıq uğrunda adını tarixə qızıl hərflərlə yazmış şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram". / azxeber.com

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ