Zakir Həsənovun İran səfəri İrəvanı xoflandırdı - Polkovnikdən AÇIQLAMA

Zakir Həsənovun İran səfəri İrəvanı xoflandırdı - Polkovnikdən AÇIQLAMAAzərbaycanın İranla əməkdaşlığı uzun illərdir ki, var. Lakin zaman-zaman bu əməkdaşlığa kölgə salmaq istəyən qüvvələr olub. Bu qüvvələrin də başında Ermənistan gəlir. Azərbaycan və İranın yaxınlaşmasından Ermənistanın narahat olması başadüşüləndir. Rəsmi İrəvan İrandan böyük dəstək alıb və indi onlar sözügedən dəstəyin kəsiləcəyindən narahatdırlar.
KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İrana səfərini və onun Ermənistanda doğurduğu narahatlığı Axar.az-a şərh edən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Ekspertin sözlərinə görə, ölkələrimiz arasında münasibətlər hansısa başqa dövlətə qarşı deyil və Ermənistanın narahatlığı əbəsdir:
"Yaxşı bir atalar sözümüz var: xain həmişə xoflu olar. Azərbaycanın İranla və digər dövlətlərlə əlaqələri heç bir üçüncü dövlətə qarşı deyil. Ermənistan özünün təcavüzkar ambisiyalarından əl çəksə, o da həyata keçirilməkdə olan iqtisadi layihələrdə iştirak edə və beləliklə bölgədə sülhə töhfə vermiş olar. Biz isə bunun əksini görürük. Rəsmi İrəvan gah təxribat xarakterli açıqlamalar verir, gah da Gürcüstanla münasibətləri gərginləşdirməyə çalışır".
Müdafiə naziri Zakir Həsənovun İrana səfəri haqqında danışan Üzeyir Cəfərov Azərbaycan və İran arasında münasibətlərin müsbət inkişafının bölgədə sabitliyin əsas şərtlərindən biri olduğunu vurğulayıb:
"Zakir Həsənovun səfəri ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan İranla hərbi-tibbi, hərbi-təhsil və Xəzər dənizində müəyyən məsələlərin həlli ilə bağlı əməkdaşlıq etmək niyyətindədir. İranda İbrahim Rəisi yeni prezident seçildi və buna görə təbii olaraq nazirlər də dəyişdi. Səfər bu baxımdan həm də tanışlıq xarakterlidir. Bildiyimiz kimi, ölkə başçılarının görüşündən sonra arada olan gərginliyə son qoyuldu və bir çox məsələlər öz axarına düşdü. Səfər çərçivəsində Zakir Həsənov artıq İranın müdafiə naziri və digər vəzifəli şəxslərlə görüşlər keçirib, həmkarını Azərbaycana səfərə dəvət edib və hərbi sənaye məhsulları ilə tanış olub. Digər tərəfdən İranın yol və şəhərsalma naziri Rüstəm Qasıminin rəhbərlik etdiyi nümayəndə heyətinin birbaşa Füzuliyə səfər etməsi, orada görülən işlərlə tanış olması və ölkəsinin müxtəlif layihələrə qatılmaq niyyətində olduğunu bildirməsi çox müsbət və normal bir hadisə kimi qəbul edilməlidir. Çünki Azərbaycan-İran münasibətləri regionda sülhün və əmin-amanlığın bərpası üçün həyati əhəmiyyət daşıyır. Ermənistana isə bizim əlaqələrimizin heç bir isti-soyuğu yoxdur. Onların Azərbaycan-İran yaxınlaşmasına görə qaldırdığı səs-küyün səbəbi təxribatdır".

Siyasi       Tarix: 26 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler bugünki xəbərlər hava durumu enson xeberler