Zamiq: "Türkiyədə də o qədər bəyəndiklərim yoxdur"

Zamiq: "Türkiyədə də o qədər bəyəndiklərim yoxdur""Bəzi məşhurlar var ki, ancaq modellərlə oturub durur. Amma baxırsan ki, öz zövqü yoxdur. Geyinə bilmir".
Open.az xəbər verir ki, bu sözləri Mtv Azərbaycana müsahibəsi zamanı, sənəti, tərzi ilə şou-biznesin ən lider müğənnilərindən olan Zamiq Hüseynov söyləyib.
Tərzini bəyəndiyi qadın həmkarlarının adını çəkən pop ulduz, kişi sənətçilərə iradını da gizlətməyib:
"Röya bəyəndiklərimdəndir. Dostum olduğuna görə demirəm. Çox zövqlü geyinir. Söhbət ondan getmir onun ətrafında zövqlü insanlar var. Bu nüans böyük rol oynamır. İnsanlar var ki, ancaq modellərlə oturub durur, baxırsan ki, öz zövqü yoxdur. Geyinə bilmir. Bunun üçün istedad lazımdır. Aygün Kazımovanın da geyimi, tərzi çox xoşuma gəlir. Amma bəylərdən sözün düzünü desəm tam məni qane edən yoxdur. Bəli, rahat danışmaq istəyirəm. Demirəm ki, pis geyinirlər, yox! Varsa da, baxırsan ki, o geyim vacibdir amma onu daşımaq da lazımdır. Daşıya bilənlər isə çox azdır. Bəzən çəki ona imkan vermir, bəzən görürsən ki, idman edib, çiyin məsələsi var ki, oturmalıdır. Çiyinlə baş, çiyinlə bədən düz gəlmir. Baxırsan ki, nəsə çatmır! ".
Hüseynov türkiyəli ulduzların əlçatmaz olmadığını da qeyd edib: "Mənim Türkiyədə də o qədər bəyəndiklərim yoxdur. Aralarında, ifaçılar, aktyorlar var. Desəm məni qınayarlar amma qoy qınasınlar. Bəzi adamlar var, elə bilirlər ki, onlar əlçatmazdır. Amma elə deyil!".
Zamiq "bizim məşhurlarımız dünya ulduzlarından tərz öyrənirlər" fikirlərini də cavabsız qoymayıb: "Onlar da baxıb kimlərdənsə, götürürlər də, düzdürmü? Gör-götür dünyasıdır. Sadəcə olaraq onların bazarı çox böyük olduğundan bir mahnı da oxuyanda deyirlər ki, o saundu oğurladılar. O Saund onlara məxsusdur. Belə bir şey yoxdur. Onlar da bizim kimi insandılar da. Onlar da instaqramda hansısa videonu götürüb bəzi əlavələr edirlər".
İfaçı, ona verilən hədiyyələrə fərqli münasibətindən də danışıb: "Hədiyyə xoşuma gəlməyəndə gedib dəyişirəm. Mənim dostlarım da bunu bilir. Bəzi hallarda deyirlər ki, sənə filan hədiyyəni aldıq bilirik də, özün gedib baxıb dəyişərsən".
Zamiq: "Türkiyədə də o qədər bəyəndiklərim yoxdur"Zamiq: "Türkiyədə də o qədər bəyəndiklərim yoxdur"

Şou Biznes       Tarix: 17 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda cəbhədən son xəbərlər son xeberler az krminal bu gun