Zaqatalada ildırım çaxması nəticəsində 70 abonent qazsız qalıb
Zaqatalada qaz xəttini ildırım vurub, 70 abonent qazsız qalıb.
Open.az xəbər verir ki, ötən gecə rayon ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti fəsadlar törədib.
Rayonun Aşağı Tala kəndi ərazisində 70 abonenti qazla təmin edən 76 mm-lik qaz xəttini ildırım vurması nəticəsində yanğın baş verib. Hadisə yerinə cəlb edilən müvafiq qurumlar tərəfindən yanğının qarşısı alınıb. Abonentlərə təbii qazın verilməsi müvəqqəti dayandırılıb.
Ərazidə olan elektrik dirəyini də ildırım vurub. Əraziyə elektrik enerjisinin verilməsində müddətli fasilə yaranıb.
Müvafiq qurumların apardıqları təmir nəticəsində elektrik enerjisinin verilməsi qısa müddətdə bərpa edilib.

"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Araz-Naxçıvan"ın yeni prezidenti o seçildi
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır
Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"
"Neftçi" Yuri Vernidubla bağlı qərar verdi
Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR
DÇ-2026: Fransa və Seneqaldan darmadağın
Tanınmış alpinist infarkt keçirdi
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
UFC: Nazim Sadıxov nakautla məğlub olub
Cəlilabadda ev yandı
Krımda fövqəladə vəziyyət elan edildi
Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq