Zaqatalada xəzinə tapılıb? - AMEA-dan açıqlama - VİDEO
Zaqatalada xəzinə tapılıb? - AMEA-dan açıqlama - VİDEO
Zaqatalada xəzinə tapılması barədə Gürcüstanın yaydığı məlumat reallıqdan uzaqdır.
Bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, arxeoloq Nəcəf Müseyibli deyib.
O bildirib ki, Arxeologiya və Etnoqrafiya İnstitutu Gürcüstanın iddia etdiyi ərazidə heç bir arxeoloji qazıntı aparmayıb:
"Biz bu informasiyanı mətbuatdan əldə etdik. Sözügedən əraziyə yaxın vaxtlarda institutumuz tərəfindən heç bir ekspedisiya göndərilməyib və heç bir arxeoloji qazıntı aparılmayıb.
Bundan başqa, sərhədlər daxilində baş verən bütün proseslər Azərbaycana aiddir. Bunun heç bir qonşu ölkəyə, o cümlədən Gürcüstana aidiyyəti yoxdur.
Nəcəf Museyibli həm də qeyd edib ki, Gürcüstanın və digər ölkələrin ayrı-ayrı tarixi şəxsiyyətlərinin xəzinəsinin Azərbaycanda olması barədə səsləndirilən iddialar öz təsdiqini tapmayıb:
"Tarixdə bir çox şəxsiyyətlər barədə bu cür şayiələr yayılıb. Guya onların xəzinələri Azərbaycan və ya Qafqazın digər hissələrində basdırılıb. Bunlar isə uydurma məlumatlardır və elmdə heç biri öz təsdiqini tapmayıb".
/oxu.az
f PaylaşTezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR