"Zatulini danışdıran, sadəcə erməni diasporunun pullarıdırmı?" - Deputat

Elçin Mirzəbəyli,
Milli Məclisin deputatı
Konstantin Zatulini danışdıran, sadəcə erməni diasporunun pullarıdırmı?  Dumanın MDB məsələləri üzrə komitəsinin sədr müavini kimi, ən azı ideologiya və təbliğat baxımından strateji bir vəzifənin daşıyıcısı olan bu şəxsi uzun illərdən bəri Azərbaycana qarşı nifrət nitqini durmadan davam etdirməyə sövq edən həqiqətənmi sadəcə onun "ermənilərə olan sonsuz sevgisi"dir?
Zənnimcə, imperativ şəkildə belə bir iddiada bulunmaq bir az sadəlövh yanaşma olardı… 
Ola bilsin ki, Zatulinin erməni sinif və tələbə yoldaşları, ortaqları ilə münasibəti onun verilən tapşırıqları daha qabarıq və daha aqressiv şəkildə yerinə yetirməsini stimullaşdırır. Amma tapşırıqları, şübhəsiz ki, Dumanın komitə sədrinin müavininə sinif və tələbə yoldaşları, ortaqları vermirlər. 
Məhz bununla bağlı bir vacib məqama diqqət çəkmək istəyirəm: 
2019-cu ilin yanvarında "Distributed Denial of Secrets" qrupunun fəalları rusiyalı məmurların və iş adamlarının yazışmalarını və sənədlərini əhatə edən 175 giqabaytlıq məlumat bazasını açıqlamışdılar.
Arxivdəki materialların əsas hissəsi Rusiya-Ukrayna münaqişəsinə, rus oliqarxlarının biznesinə və Kremlin Rusiya Pravoslav Kilsəsi ilə əlaqələrinə həsr olunmuşdu. Maraqlı məqamlardan biri də açıqlanan sənədlərin arasında yer alan nə az, nə çox, düz 1500 məktubda Konstantin Zatulinin adının keçməsidir.
Xatırladım ki, illər öncə "Pravoslav ekspertlər assosiasiyası" adlanan qatı mühafizəkar bir təşkilat vardı. Bu təşkilata Kirill Frolov adlı Zatulinin himayəsində olan şəxs rəhbərlik edirdi. Onların ideologiyası isə çox sadə idi: daha çox pravoslav kilsəsi tikmək və Vladimir Putinlə patriarx Kirillin ittifaqını dəstəkləmək…
Bu təşkilatla bağlı yazışmalarda hakim Vahid Rusiya partiyasından Dövlət Dumasının deputatı Konstantin Zatulin, onun seçki kampaniyası və deputat fəaliyyəti barədə məlumatlar da yer alır. Aşağıda həmin məktublarda yer alan bəzi məqamları təqdim edirəm və düşünürəm ki, nəticə çıxarmaq üçün yetərlidir:
2013-cü ildə Kirill Frolov Moskva şəhər yeparxiyasının rəhbəri Mixail Kuskovun ünvanına göndərdiyi məktubda Konstantin Zatulinlə bağlı yazır:
"Zatulin hakim komandanın üzvüdür, güc strukturlarının rəhbərliyinə yaxındır və yaxın vaxtlarda Rusiya, Belarus və Ukrayna slavyan xalqları məclisinin həmsədri seçiləcək."
Zatulinin rəsmi tərcümeyi-halında bildirilir ki, onun atası SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin  ən yüksək mükafatı olan "Fəxri Çekist" medalı ilə təltif olunub…
Frolovun 2010-cu ildə yazdığı məktublarda isə qeyd olunur ki, Zatulinin rəhbərlik etdiyi MDB ölkələri institutunda, əsasən Federal Təhlükəsizlik Xidmətinin (FSB) istefada olan əməkdaşları çalışırlar. Və həmçinin xüsusi olaraq vurğulanır ki, "Zatulin güc strukturlarından gələn siqnallara qarşı son dərəcə həssasdır."
Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur. Bütün sualların cavabını "işıq gələn", "it hürən" tərəfdə deyil, fit çalınan tərəfdə axtarmaq lazımdır. Doğrudur, bu "nağıl"da da it hürür, amma fitdən sonra… / azxeber.com

Siyasi       Tarix: 03 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. KONKRET.azxəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamı

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngl

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. xəbər verir ki, mərasim Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı il

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Zelenskidən KRİTİK TƏKLİF: "Rusiya bu addımı atsa..."

Ukrayna qarşılıqlı addım atılacağı təqdirdə Rusiyanın kritik infrastruktur obyektlərinə zərbələr endirməməyə hazırdır. xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta xabarlar maraqlı xəbərlər sonxəbərlər