Zaur Darabzadənin deputatlığa namizədliyi qeydə alınıb

Zaur Darabzadənin deputatlığa namizədliyi qeydə alınıbZaur Darabzadənin deputatlığa namizədliyi qeydə alınıb
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadənin deputatlığa namizədliyi qeydə alınıb.
"Report" xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb. 
"Əziz dostlar, Sizinlə çox vacib bir xəbəri bölüşmək istəyirəm. Bu gün rəsmi olaraq mənim Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyim qeydə alındı. Hörmətli seçki dairəsində yaşayan sakinlər, siz 17 yanvar tarixindən etibarən çox maraqlı seçki kampaniyasının şahidi olacaqsınız. Bizi izləyin!", - Z.Darabzadə vurğulayıb.
Qeyd edək ki, Zaur Mehrab oğlu Darabzadə 1985-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Bakı şəhəri 18 saylı orta məktəbə daxil olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Maliyyə-İqtisad Kollecinin (AzMİK) "Mühasibat uçotu və audit" fakültəsinə qəbul olub. Sonrakı illərdə ali təhsil almaq məqsədilə Ukraynanın Personalın İdarə Olunması üzrə Regionlararası Akademiyasının "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr pilləsində təhsilini davam edib. 2019-cu ildən Taras Şevçenko adına Kiyev Milli Universitetində magistr təhsili alır.
Azərbaycanda ilk internet radio "Day.Az Radio"nu yaradıb. Bundan başqa, "Day.Az Media" şirkətində (Trend.Az, Day.Az, Milli.az, Turbo.az) direktor müavini kimi çalışıb. 2012-ci ildə Bakıda "FIFA U-17" Qadınlararası Dünya Çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub. 
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində AVTO FM 107.7 radiosunu yaradaraq koordinator vəzifəsində çalışıb. 2015-ci ildə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 2018-ci ilin yanvar ayından "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib və bu vəzifədə bu günədək çalışır. 
Bu sahədə işlədiyi müddətdə Azərbaycanın müxtəlif regionlarında kinoteatrların açılışına təşəbbüs göstərib. 2005-ci ildən başlayaraq 30-dan çox xarici ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, forumlarda Azərbaycanı təmsil edib.
Azərbaycan haqqında smartfonlar üçün ilk sənədli serialın (Histogram.az), poçt sahəsində innovativ (Dolab.az), yerli məhsulların xaricə satışı ("Buta Distribution") və xeyriyyə məqsədilə yaradılan (Angel.az) kimi fərdi layihələrin ideya müəllifidir.  
Dövlət gənclər siyasəti sahəsində tədbirlərin işıqlandırılmasında yaxından iştirakına görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Yaxşıların yaxşısı" mükafatı, Azərbaycan tarixini, musiqisini və mədəniyyətini təbliğ edən "Day.az Radio" internet radionun inkişafına verdiyi töhfələrə görə "Uğur" Milli Mükafatı, həmçinin "Day.az Radio" layihəsi ilin ən yaxşı layihəsi nominasiyasında "Uğur zirvəsi" mükafatına layiq görülüb. 
Evlidir, 1 övladı var. 
Zaur Darabzadənin deputatlığa namizədliyi qeydə alınıb

Siyasi       Tarix: 13 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun hava haqqinda apa.az xeberler son xeberler bugun 2026 azerbaycan