Zaur və Günay ATV-dən gedir? - Telekanaldan rəsmi açıqlama

Zaur və Günay ATV-dən gedir? - Telekanaldan rəsmi açıqlamaBəzi şəbəkə yazılarında ATV-nin ən reytinqli proqramlarından olan "Bizimləsən" və "Zaurla Günaydın" verilişlərinin guya bağlanacağı barədə əsassız iddialar irəli sürülür və hətta bu məlumatın telekanaldan hansısa məsul vəzifə tutan mücərrəd şəxsin təsdiqlədiyi qeyd edilir.
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli, bu xəbərin tamamilə yalan olduğunu deyib:
"Jurnalistika və xəbər sahəsi ilə tanış olan hər bir kəs anlayır ki, mənbəyi bilinməyən istənilən məlumata bəri başdan inanmaq olmaz. Qondarma xəbərə mötəbərlik donu geydirmək üçün, mənbəni "ATV-nin məsul şəxsi" adlandırmaq da yalanı doğru etmir. Özünü "ATV-nin məsul şəxsi" kimi təqdim edən mənbə olubsa da, çox güman ki, o şəxs adi dələduzdur. Zaur Baxşəliyev ATV telekanalında 20 ildən çoxdur ki, müvəffəqiyyətlə çalışır və yüksək istedadı, savadı, televiziya təcrübəsi, əmək intizamı ilə seçilir. Onu tanıyanlar bilirlər ki, yayım fəaliyyəti ilə bağlı hər hansı dəyişiklik barədə o, ilk növbədə öz kollektivi, həmkarları və telekanalın rəhbərliyi ilə bölüşər. Zaur və Günay Baxşəliyevlər uzun illərdir ki, geniş tamaşaçı auditoriyasını maraqlı, aktual və sevilən verilişlərlə sevindirirlər. Onlar daim öz verilişlərini təkmilləşdirir və zənginləşdirir, həmkarları ilə yeni maraqlı ideyaları bölüşürlər.
Fürsətdən istifadə edərək, bir daha xatırladırıq ki, ATV telekanalının fəaliyyəti ilə bağlı rəsmi və doğru məlumat üçün ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət etmək olar".

Şou Biznes       Tarix: 07 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun son.xeberler sou biznes dunyada son xeberler