Zaxarova: "Ermənistanın Laçın dəhlizini bəhanə edib danışıqları dayandırması əks effekt verir"

Zaxarova: "Azərbaycanla Ermənistan arasında danışıqların dondurulması əks effekt verir".
KONKRET.az xəbər verir ki, bunu fevralın 22-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında bağlanmış üçtərəfli sazişlərə uyğun olaraq, Rusiya tərəfi ardıcıl olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına öz töhfəsini verir.
Zaxarova qeyd edib ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi və RSK Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin nizamlanması üçün ciddi səylər göstərir. Dekabrın 12-dən xeyriyyə təşkilatları ilə əməkdaşlıq çərçivəsində 2,5 tondan artıq humanitar yük daşınıb, 88 yaşayış məntəqəsində 7 humanitar aksiya keçirilib, 8 mindən çox uşağa və 800 aztəminatlı ailəyə yardım edilib.
Zaxarovanın qeyd edib ki, Bakı və İrəvanla dialoqda 9 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq dəhlizin tam fəaliyyətini bərpa etmək və Qarabağda humanitar vəziyyətin yaxşılaşdırılması üçün həll yolları axtarışları davam edir.
"Regionda vəziyyət nə qədər gərgin olsa da, biz bu bəhanə ilə danışıqların dondurulmasını əks-məhsuldar hesab edirik. Bu cür ritorika Cənubi Qafqazda sabitliyin bərqərar olmasını ləngidir", – deyə Zaxarova bildirib.
O, Bakı və İrəvandakı tərəfdaşları mümkün qədər tez birgə işi bərpa etməyə çağırıb. Zaxarova xarici işlər nazirləri səviyyəsində kommunikasiyaların açılması və sərhədin delimitasiyası üzrə komissiyaların müntəzəm iclaslarının, sülh müqaviləsinin hazırlanması üzrə danışıqların yeni raundlarının təşkilinə dəstək verməyə hazır olduğunu bildirib. O, həm də vətəndaş cəmiyyəti, ekspert dairələri və parlamentarilər səviyyəsində dialoqu təşviq etməyə yardıma hazır olduqlarını qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 22 fevral 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az son xeberler azerbaycan son.xabar xeber saytlari