Zaxarova: Moskva ilə Bakı 'Natra' və 'Zirkon' gəmilərinə hücumla bağlı sıx təmasdadır
Beliz və Palau bayraqları altında üzən və Türkiyədən Rostov-na-Donu limanına gedən "Natra" və "Zirkon" gəmilərinə iyunun 5-də səhər saatlarında Azov dənizində hücum edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azov dənizində "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı şərhində bildirilib.
Qeyd olunub ki, hər iki gəmidə ölən və yaralananların arasında Azərbaycan Respublikasının vətəndaşları da var.
Bildirilib ki, yaralı dənizçilərə Rusiya gəmisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd dəstəsi kömək edib.
"Qurbanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzulayırıq", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.
Zaxarova hadisənin hansı şəraitdə baş verdiyinin araşdırıldığını qeyd edib.
Onun sözlərinə görə, əldə olunan məlumatlar gəmilərə Ukrayna dronlarının hücum etdiyini göstərir.
Xarici İşlər Nazirliyinin rəsmisi Rusiya Moskvadakı Azərbaycan səfirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə sıx təmasda olduğunu da bildirib: "Rusiya tərəfi hadisənin hansı şəraitdə baş verməsi barədə məlumat əldə etməkdə və Azərbaycan vətəndaşlarının konsulluqla əlaqə saxlamasını təmin etməkdə tərəfdaşlarına bütün lazımi köməkliyi göstərəcək". / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK