Zaxarova: "Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün Azərbaycanın da razılığı lazımdır
"Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün Azərbaycanın da razılığı lazımdır".
azxeber.com oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın Qarabağda hər hansı beynəlxalq missiyanın yerləşdirilməsi ideyasına Moskvanın necə yanaşdığı ilə bağlı sualı cavablandırarkən bildirib.
Zaxarova ilk olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağda Rusiya hərbi kontingentinin yerləşdirildiyini xatırladıb və bildirib ki, bir çox məsələlər tərəflərin özlərinin siyasi iradəsindən asılıdır.
"Vacibdir ki, üçtərəfli razılaşmaların bütün müddəalarına riayət olunsun. Çünki bu razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının "yol xəritə"sini müəyyən edib. O ki qaldı yeni missiyaya, bunun üçün İrəvanın olduğu kimi, Bakının da razılığı tələb olunur. Lakin bu gün biz belə bir şey görməmişik. Hər iki tərəfin bununla bağlı razılığının mövcudluğunu nəzərdə tuturam", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi