Zaxarova: "Rusiya Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yardım etməyə hazırdır
Zaxarova: "Rusiya Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yardım etməyə hazırdır"
Rusiya Azərbaycanla Ermənistan arasında davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin formalaşmasına istiqamətlənmiş təşəbbüslərə yardım göstərməyə hazırdır.
TASS xəbər verir ki, bu fikirləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı səsləndirib.
O bildirib ki, Cənubi Qafqazın sabitliyi və davamlı iqtisadi inkişafı Rusiyanın bu bölgədəki bütün tərəfdaşlarının maraqlarına cavab verir.
"Bakı ilə İrəvan arasında davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin formalaşmasına istiqamətlənmiş təşəbbüsləri alqışlayırıq. Əlbəttə ki, Azərbaycan və Ermənistan qarşılıqlı etimadın lazımi səviyyədə qurulması, ikitərəfli münasibətlərin normallaşdırılması üçün çətin bir yolun başlanğıcındadırlar. İnanırıq ki, praktiki işlərdə tərəflər ayırıcı xətlərə deyil, münasibətlərin normallaşmasına və etimad atmosferinin yaradılmasına səy göstərəcəklər", - deyə M.Zaxarova bildirib. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar