Zaxarova Rusiyanın Qarabağa humanitar yardımını ŞƏRH ETDİ

Zaxarova Rusiyanın Qarabağa humanitar yardımını ŞƏRH ETDİRusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Qarabağa humanitar yardımını şərh edib.
KONKRET.az xəbər verir ki, müvafiq bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
Zaxarova qeyd edib ki, Rusiya XİN başçısı Sergey Lavrovun 25 iyulda Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüş zamanı irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Laçın və Ağdamın yollarının paralel açılması sxemi bu işdə maraqlı olan bütün tərəflərlə birgə işlənib hazırlanıb:
"Mövqelərin əhəmiyyətli dərəcədə fərqli olduğunu və qarşılıqlı etimadsızlığın yüksək olduğunu nəzərə alsaq, bu işin irəliləməsi asan olmadı. İlk addım olaraq 12 sentyabrda ümumrusiya ictimai təşkilatı "Rusiya Qırmızı Xaç Cəmiyyəti"nin xətti ilə bölgəyə humanitar yardım partiyası çatdırılıb".
Onun sözlərinə görə, Qarabağın erməni sakinlərinə 15 tona yaxın ərzaq, şəxsi gigiyena vasitələri və yataq dəstləri verilib.
"Əvvəllər əldə edilmiş anlaşma nəzərə alınmaqla, yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın dəhlizinin də açılacağını və bundan sonra humanitar yardımın hər iki istiqamətdə müntəzəm olaraq maneəsiz şəkildə regiona gedəcəyini gözləyirik.
Ümid edirik ki, bu yolla Qarabağda humanitar vəziyyət sabitləşəcək və yerli əhalinin normal fəaliyyəti bərpa olunacaq.
Bu, öz növbəsində, Bakı ilə Xankəndi arasında dialoqun başlanmasına və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair 2020-2022-ci illər üçün ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlərin bütün kompleks tədbirlərinin həyata keçirilməsi üzrə dinamik işin bərpasına şərait yaradacaq", – XİN rəsmisi əlavə edib.

Siyasi       Tarix: 13 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 sonxəbər bu gune olan xeberler xeberler bu qun