Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMARusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 17-20-si tarixlərində Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) obyektlərinə qarşı törədilən hücumlarla bağlı şərh verib.
KONKRET.az xəbər verir ki, bəyanatda iyulun 17-dən 20-dək Novorossiyskdəki Yujnaya Ozereykada yerləşən KTK terminalında yükləmə işləri zamanı bir neçə tankerin PUA-lar vasitəsilə məqsədyönlü şəkildə hədəf alındığı bildirilir. Hücuma məruz qalan tankerlər arasında "Tengizchevroil" və "KazMunayGas" şirkətləri tərəfindən icarəyə götürülən, xarici dövlətlərin bayraqları altında üzən və beynəlxalq heyətə malik gəmilər də var. Hadisə nəticəsində gəmi korpuslarına ziyan dəysə də, onların üzmə qabiliyyəti qorunub saxlanılıb, insan tələfatı və neft sızması halları qeydə alınmayıb.
Rusiya tərəfi bu hücumların arxasında Kiyev rejiminin dayandığına şübhə etmir və bunu beynəlxalq hüquqla qorunan mülki obyektə qarşı beşinci təcavüz aktı kimi qiymətləndirir. Zaxarovanın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya, Qazaxıstan, ABŞ və bir sıra Qərbi Avropa ölkələrinin enerji müəssisələrini birləşdirən KTK-ya qarşı zərər vurmaq cəhdlərini davam etdirir. Rusiya XİN vurğulayır ki, bu hücumlar təkcə Rusiyanın deyil, həm də Ukraynaya böyük həcmdə maliyyə və hərbi dəstək verən müttəfiqlərin maraqlarına zərbədir. Zaxarova Kiyevin öz müttəfiqlərinin iqtisadi maraqlarını nəzərə almadan "əli ilə bəslədiyi əli dişləyən ilan" kimi davrandığını bəyan edib.
Rusiya, Qazaxıstan Xarici İşlər Nazirliyinin bu hadisəni qətiyyətlə pisləməsi ilə həmrəy olduğunu bildirib və hücumun Kiyevin dünya neft bazarlarında vəziyyəti daha da sabitsizləşdirmək cəhdinin sübutu olduğunu vurğulayıb. Bəyanatda qeyd olunur ki, Kiyev rejimi üçün qlobal enerji sabitliyi və beynəlxalq tərəfdaşlara, xüsusən də dostluq münasibətləri bəyan etdiyi Qazaxıstana hörmət boş sözdən ibarətdir. Rusiya tərəfi bu hərəkətləri və onu planlaşdıranları qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti baş verənə adekvat qiymət verməyə çağırır və bu hadisələrə qarşı lazımi reaksiya verilməməsinin Kiyevin kursunun dəstəklənməsi kimi qiymətləndiriləcəyini bəyan edir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 21 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun bugünki xəbərlər krimnal xeber axsam.az xeberler