Zəfər ilinə son baxış - VİDEO

Zəfər ilinə son baxış - VİDEOZəfər ilinə son baxış - VİDEO
2020-ci il Azərbaycan üçün də karonavirus pandemiyasının gətirdiyi problemlərlə başladı. Heç vaxt görmədiyimiz bir virus haqqında eşidəndə təbii ki, təəccübləndik. Elə başladığı kimi də bitəcək dedik. Amma nə bilərdik ki, bu ilin bizə əsl surprizi hələ qabaqdadır. Haradan bilərdik ki, yuxularımıza girən vətən torpaqları, hər bayramda azadlığını arzuladığımız Qarabağ elə bizə 2020-ci ilin hədiyyəsi olacaq. Bəli, heç vaxt unutmayacağımız və ondan böyük hədiyyə almayacağımız Qarabağ. O Qarabağ ki, qara bəxtinin düyünlərinin açıldığı gün zəfər tariximizin başlanğıcı oldu.
27 sentyabr - məhz bu tarixdə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tarix yazmağa başladı. 
Əvvəllər filmlərdə gördüyümüz döyüş səhnələrini, müharibə dəhşətlərini bu dəfə real həyatda yaşadıq. "Dəmir yumruq" hərəkatının nə qədər möhtəşəm, bu yumruq kimi birləşənlərin isə nə qədər güclü olduğunu hər gün gördük. Müharibənin ilk günlərindən təsəllimiz də bu oldu. Dövlət başçısının uzun illər formalaşdırdığı Azərbaycan ordusu mütləq qalib gələcək. Çünki onlar haqq savaşındadırlar. Prezidentə raport verilir. Bu məruzələri ard-arda eşitmək bizə qürur və sevinc bəxş edir. Cənab Ali Baş Komandan, sizin tapşırığınıza əsasən Cəbrayıl, Zəngilan, Füzuli, Şuşa şəhərləri işğaldan azad olundu. Hər azadlıq xəbəri eşitdikcə gözlərimiz sevincdən yaşardı, əyilən qamətimiz düzəlməyə başladı. Hər gün şəhirdlərimizin qisasını alan ordumuz üçün dua etdik. Azadlıq tariximizin müəllifi olan Ali Baş Komandanın çıxışlarını həsrətlə gözlədik. 
Şəhər və kəndlərimizin yağı düşməndən azad olunması üçün minlərlə igid canından keçdi. Düşmənlə üz-üzə gələnlər nə evdəki valideynlərini, nə övladlarını, nə də hələ dünyaya göz açmayan balalarını düşünmədilər. Onların düşüncəsində yalnız bir şey vardı. Vətənin 20 faiz torpağını yağı düşməndən azad etmək və 30 illik işğala son qoymaq. Tapşırıq aldılar, yerinə yetirdilər və tarix yazdılar. 
Noyabrın 10-nu bütün xalqımız üçün fərqli bir səhər açıldı. Bu səhər günəş daha parlaq, göy üzü daha aydın, hava daha təmiz idi. Təbiət də qələbəmizdən xəbər verir, bizim kimi sevinirdi. Xarı bülbülün qoxusu, Xanın səsi, bulaqların sərinliyi Bakıya qədər hiss edilirdi. Bütün bünlar qələbəmizdən xəbər verirdi. Öz adını torpaqları birləşdirən şəxsiyyət kimi tarixə yazan ölkə başçısı da zəfərin müjdəçisi idi. Prezidentin 10 noyabr çıxışı-müharibə bitdi, düşmən təslim oldu.
Bunun ardınca Azərbaycan və bütün dünya Azadlıq meydanında baş tutan möhtəşəm qələbə paradına şahidlik etdi. Düşməndən qənimət kimi götürülən texnikaların nümayişi isə bir daha Ermənistana vurduğumuz sarsıdıcı zərbə oldu. Bu zəfərdə böyük pay sahibi olub şəhadətə qovuşanlar isə döyüş yoldaşlarının tamamladığı qələbəni səmadan izlədilər. 2020–ci il şəhidlərə verdiyimiz hesabatın da ili oldu. Qanınız əbəs yerə tökülmədi, qısasınız alındı, bir ölüb, min dirildik, amma torpaqlarımızı son qarışınadək azad etdik. 
Bu il həm də böyük təşəkkür ili oldu bizim üçün. Gün gələcək, işğal altında olan torpaqlarımızı azad edəcəyik deyən Ali Baş Komandan torpaqların azad edilməsinin sevincini bizə yaşatdı. Həsrətdən zəfərə gedən yoldakı çətinliyi, məqsəddən dönməyib hədəfə çatmağı gördük, qələbənin möhtəşəmlik hissini daddıq. Bu çətin yola işıq salan isə müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyev idi. Dövlət başçısı "Dəmir yumruq" əməliyyatı ilə düşmənə sarsıdıcı zərbə vurdu. Yuxularımız çin oldu, arzularımız həyata keçdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, öz adını tarixə qızıl hərflərlə həkk edən, ilin siyasətçisi olduğunu zəkası və uzaqgörənliyi ilə təsdiqləyən, hər birimizə tək-tək sevinc payı verən İlham Əliyev. 2020-ci ildə bizə yaşatdığınız qurur, sevinc, fəxr hissi üçün sizə azı 2020 dəfə təşəkkür edirik. 

/oxu.az

Siyasi       Tarix: 02 yanvar 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntülər son xeberler bugun 2026 canli cəbhədən son xəbərlər 2026 idman xeberleri