Zəfərdən ədalətə: Baş Prokurorluğun Zəngilan mesajı

Zəfərdən ədalətə: Baş Prokurorluğun Zəngilan mesajıƏliməmməd Nuriyev 
05 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Zəngilan Konqres Mərkəzində təşkil olunan "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" adlı konfrans, Zəfərin mahiyyətinə yeni baxış gətirən hadisə kimi dəyərləndirildi. Tədbir həm dövlətçilik fəlsəfəsinin, həm hüququn, həm də ədalətin bir-biri ilə necə vəhdətdə inkişaf etdiyini nümayiş etdirdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Zəngilan rayonunun Ağalı kəndində ucaldılmış büstünü və şəhərin Şəhidlər xiyabanını ziyarət etdilər, Ulu Öndərin və şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər. Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik sükut tədbirə səssiz, lakin dərin bir duyğu gətirdi — bu sükut həm itkilərin xatirəsi, həm də qələbənin dəyəri idi.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev açdı. O, çıxışında qeyd etdi ki, beş il öncə qazanılmış bu Qələbə Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinin və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsidir. Baş prokuror vurğuladı: "Prezident İlham Əliyevin "Biz Qarabağı cənnətə çevirəcəyik" fikri artıq reallıq halını alır. Bu torpaqlarda həyat, qanun və ədalət eyni zamanda bərpa olunur." Onun sözlərinə görə, azad edilmiş ərazilərdə hüququn aliliyinin təmin edilməsi, dövlətin vətəndaş qarşısında məsuliyyətinin gücləndirilməsi prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətlərindəndir.
Kamran Əliyev çıxışında həmçinin qeyd etdi ki, prokurorluq əməkdaşlarının qarşısında dayanan başlıca vəzifə bu azad torpaqlarda hüquqi sistemin bərpasına və ədalətin təmininə yönəlmiş fəaliyyəti vicdanla yerinə yetirməkdir. Hüququn bu məkanlara qayıdışı, əslində, Zəfərin davamı, onun hüquqi formasıdır.
     Konfransda Prezidentin Zəngilan, Qubadlı və Cəbrayıl rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək bildirdi ki, "azad Qarabağ və Şərqi Zəngəzur bu gün innovativ və dayanıqlı inkişaf məkanına çevrilir." Onun sözlərinə görə, dövlətin həyata keçirdiyi layihələr təkcə infrastruktur deyil, həm də yeni idarəetmə və hüquqi münasibətlər sistemini formalaşdırır.
Azərbaycanın Hərbi prokuroru Bəhruz Əhmədov çıxışında vurğuladı ki, "bu torpaqda dalğalanan üçrəngli bayraq dövlətin suverenliyinin və xalqın birliyinin simvoludur." O, həmçinin müharibə dövründə Baş prokurorun Gəncə, Bərdə və Tərtərdə baş vermiş raket hücumlarının dərhal yerində araşdırılması və diplomatik korpus qarşısında faktların təqdim edilməsinin Azərbaycanın beynəlxalq hüquq müstəvisində mövqeyini möhkəmləndirdiyini qeyd etdi.
Konfransın mühüm hadisələrindən biri Baş Prokurorluq tərəfindən hazırlanmış "Qarabağ Azərbaycandır" kitabının təqdimatı oldu. Nəfis tərtibatla çap edilən bu nəşr Qarabağ azadlığı uğrunda aparılmış mübarizənin sənədli əsaslarını və hüquqi dəyərləndirməsini özündə birləşdirir. Kitabda beynəlxalq hüquq baxımından işğal dövründə törədilmiş cinayətlərin təhlili, ədalətli müharibənin sübut bazası, faktların və sənədlərin elmi sistemləşdirilməsi təqdim olunub. Bu nəşr həm prokurorluq orqanlarının çoxşaxəli fəaliyyətinin elmi davamı, həm də milli yaddaşın hüquqi kodlaşdırılması kimi dəyərləndirilə bilər.
Konfransda Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elmi Məsləhət Şurasının üzvləri də çıxış edərək, Zəfərdən sonrakı hüquqi transformasiya proseslərinin elmi və praktiki aspektlərinə toxundular. Şura üzvləri prokurorluq orqanlarının azad edilmiş ərazilərdə fəaliyyətinin metodoloji əsaslarının gücləndirilməsi, sübut toplama mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, hüquqi tədqiqatların daha geniş tətbiqi istiqamətində təkliflər irəli sürdülər. Müzakirələrdə xüsusilə qeyd olundu ki, Zəngilan konfransı həm dövlətin hüquqi düşüncə tərzində, həm də prokurorluq sisteminin elmi konsepsiyasında yeni mərhələnin başlanğıcıdır.
Zəngilanda keçirilən bu tədbir göstərdi ki, Zəfər bir hadisə deyil, davam edən bir prosesdir. Hüququn və ədalətin bərpası Zəfərin təntənəsinin ikinci mərhələsidir. Bu konfrans həm dövlətin mövqeyinin, həm də hüquq elminin yanaşmalarının sintezini ifadə etdi. Hüquq burada yalnız qayda deyil, həm də cəmiyyətin özünüdərki üçün zəruri olan əsas dəyərə çevrildi.
Zəngilan Konqres Mərkəzində səslənən çıxışlar bir fikirdə birləşirdi: Azərbaycan Zəfərini tarixdə deyil, gündəlik fəaliyyətində, idarəetmə mədəniyyətində və hüquqi düşüncəsində yaşadır. "Zəfərdən ədalətə" aparan bu yol dövlətin yalnız sərhədlərini deyil, həm də hüquq sisteminin mənəvi sərhədlərini bərpa etdi.
  / azxeber.com

Sosial       Tarix: 08 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler beynelxalq bank mezenne cəbhədən şad xəbər en son xeberler