Zelenski Consona təşəkkür etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consona Kiyevə səfər etdiyi üçün təşəkkür edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə görüşdən sonra açıqlamasında deyib.
O, bu səfərin Ukraynaya dəstəyin göstəricisi olduğunu bildirib.
"Biz strateji dialoq rejimində danışıq apardıq. Dövlətlərimiz arasında gələcək layihələri planlaşdırdıq", – deyə Zelenski bildirib.
O vurğulayıb ki, indi Conson genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanın necə dəyişdiyini öz gözləri ilə görüb.
"Rusiya Federasiyasına sanksiyalarla daha çox təzyiq göstərməliyik. Biz bu nəticələrə ümid edirik",- deyə Zelenski bildirib.
Zelenski Rusiya Federasiyasına qarşı güclü sanksiyalar tətbiq etməkdə davam edən Böyük Britaniyaya təşəkkür edib və digər demokratik Qərb dövlətlərinin də ondan nümunə götürməli olduğunu vurğulayıb.
Bundan əlavə, Zelenski Böyük Britaniyanın Baş nazirinə Rusiya Federasiyası ilə danışıqların gedişi barədə məlumat verib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti