Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır

Zelenski generallarla Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin ali hərbi rəhbərliyi ilə intensiv danışıqlar keçirir.
KONKRET.az  xəbər verir ki, Ukrayna prezidentinin iyulun 19 və 20-də Baş Qərargah rəisinin müavini Vladimir Qorbatyukla iki dəfə görüşdüyü qeyd edilir. Həmçinin bildirilir ki, o, Birləşmiş Qüvvələrin komandanı Mixail Drapatı, 3-cü Ordu Korpusunun komandiri Andrey Biletski və Desant-Hücum Qoşunlarının komandanı Oleq Apostol ilə də görüşlər keçirib.
Ukrayna mediası vurğulayır ki, bu görüşlər Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırski ilə sabiq müdafiə naziri Mixail Fyodorov arasında ölkədə bir sıra etiraz aksiyalarına səbəb olan münaqişə fonunda baş verir.
Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı A.Sırskinin vəzifəsindən kənarlaşdırılması barədə yayılan məlumatları təkzib edib. Baş Qərargahdan verilən açıqlamada deyilir: "İnformasiya məkanında, xüsusən sosial şəbəkələrdə və bəzi mediada yayılan Baş Komandan general Aleksandr Sırskinin vəzifəsindən kənarlaşdırılması barədə xəbərlər həqiqəti əks etdirmir". Qurum xatırladıb ki, Baş Komandanın və Baş Qərargah rəisinin vəzifədən kənarlaşdırılması yalnız Ukrayna prezidentinin müvafiq fərmanı əsasında həyata keçirilir.
Daha əvvəl "Financial Times" nəşri mənbələrə istinadən Zelenskinin Baş Komandanı vəzifədən kənarlaşdırma ehtimalını nəzərdən keçirdiyini iddia etmişdi.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 21 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan son xeber bugun maraqlı xəbərlər sonxeberler qurban bayrami 2026