"Zelenski hakimiyyətdən gedəcək" - Türkiyəli polkovniklə SENSASİON MÜSAHİBƏ

" class="imgbcode" />"Zelenski hakimiyyətdə qalsa müharibə davam edəcək, amma getsə böyük ehtimalla sülh olacaq".
Bu sözləri türkiyəli hərbi ekspert, ehtiyatda olan kəşfiyyat polkovniki Coşkun Başbuğ KONKRET.az-a müsahibəsində deyib.
Polkovniklə müsahibəni təqdim edirik:
– Coşkun bəy, son zamanlarda, Volodomir Zelenskinin iqtidardan gedəcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsinin bitə biləcəyi iddia olunur. Bəs siz necə düşünürsünüz? Zelenski hakimiyyətdən getsə, müharibə bitər?
– Bəli, Zelenskinin iqtidardan gedəcəyi ilə bağlı bəzi iddialar yayılıb. O gedəcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında sülh ola biləcəyi də deyilir. Mən də buna qatılıram. Çünki yəhudi əsilli Zelenski Qərbin istifadə etdiyi bir aktordur. Düşünürəm ki, onun bir anda prezident olmağı da təsadüf deyil. Əslində Ukraynanı müharibəyə aparacaq bir fiqur lazım idi. O da məhz Zelenski idi.
Qərb Zelenskidən çox istifadə etdi, amma planları başa çatdığı üçün onu "oyun"dan kənarlaşdıracaqlar. Hesab edirəm ki, yaxın perspektivdə Zelenskinin hakimiyyətdən getməsini normal qəbul etmək lazımdır. Onsuz da getməlidir. Ondan sonra isə Rusiya-Ukrayna müharibəsində yeni bir səhifə açılma ehtimalı da çox güclüdür.
– Ehtimallara əsasən, Zelenskidən sonra iqtidara gələcək prezident müharibəni mövcud status-kvo ilə dayandıracaq. Ümumiyyətlə, Zelenski hakimiyyətdən gedəcəyi təqdirdə, yerinə gələcək lider müharibəni mövcud vəziyyətdə bitirə bilər? Buna Ukrayna xalqının və dünyanın reaksiyası necə olacaq?
– Zelenski iqtidardan gedəcəyi təqdirdə, yerinə gələcək lider müharibəni dayandıra bilər. Əlbəttə ki, belə bir ehtimal var. Məncə, Ukrayna xalqı da bunu müsbət qarşılayar və sevinər. Çünki onlar, bu müharibəni qazana bilməyəcəklərini, ən başından "tələyə düşdüklərini" anlamağa başlayıblar. Həmçinin, Qərb də Zelenskini dəstəkləməkdən yorulub və onun nəticə əldə edə bilməyəcəyini görür. Amma yeni prezidentin müharibəni dayandırmaq qərarı dəstəklənəcək.
– Həmçinin, gələn il Ukraynada prezident seçkiləri keçiriləcək. Zelenskinin yenidən prezidentliyə namizəd olub-olmayacağı da xeyli müzakirə olunur. Sizcə, Zelenski yenidən namizəd olacaq və ya olmalıdırmı?
– Zelenski yenidən prezidentliyə namizəd ola bilər. Amma qazanıb-qazanmayacağı da müzakirə mövzusudur. Məncə, Qərb Zelenskinin istifadə edib, kənara çəkildiyi üçün o namizəd olsa belə lazımi dəstəyi almayacaq. Buna rəğmən, Zelenski bir növ "qumar oynaraq" namizədliyini irəli sürə bilər.
Amma onun seçilib-seçilməyəcəyi Ukrayna xalqı necə təsir edəcəyi ilə bağlı olacaq. Əgər xalq ona müharibə başlayanda olduğu kimi dəstək versə, seçilə bilər. Lakin yorğun Ukrayna xalqının gözündə Zelenskinin etibarı bitsə, qazanma şansı qətiyyən olmayacaq.
– Bu məqamda başqa bir versiyanı da diqqətinizə çatdırmaq istəyirəm. Qərbdəki bəzi analitiklər hesab edirlər ki, Zelenski hakimiyyəti davam edərsə, Ukraynadakı müharibə Suriyada olduğu kimi uzun illər ərzində davam edə bilər. Siz bununla bağlı nə düşünürsünüz?
– Zelenski hakimiyyətdə qaldığı təqdirdə Ukraynada müharibənin bitmə ehtimalı yoxdur. Bu, doğrudur. Həqiqətən də o getməyəcəyi təqdirdə Ukraynanı illər boyu davam edəcək problemli günlər gözləyəcək. Çünki Zelenski heç bir zaman sülhü müdafiə etməyib. Hətta sülhü ağlına gətirən kimi Qərbin təzyiqi ilə müharibəni dəstəkləyən açıqlamalar verir. Təəssüf ki, proses bu gündə belə davam edir. Yəni Zelenski hakimiyyətdə qalsa müharibə davam edəcək, amma getsə böyük ehtimalla sülh olacaq.
– Nə üçün başda ABŞ olmaqla Qərb dövlətləri Ukraynaya verdikləri dəstəyi azaltdılar? Onlar, müharibəni dayandırmağı, yoxsa Zelenskini göndərməyi hədələyirlər?
– Qərbin Ukrayna verdiyi dəstəyi azaltmasına səbəb müharibəni dayandırmaq və ya Zelenskini göndərmək deyil. Əsas səbəb yorğunluqdur. Hər kəs əlindən gələn yardımı edib, bundan sonra isə gözləmə mövqeyinə keçib. Məhz bu niyyətlə də yardımları dayandırırlar. Amma düşünürəm ki, yardımların dayanması Zelenski hakimiyyətinin sonunu gətirər, müharibəni də Rusiya lehinə çevirər. Onu da gözəl bilirlər".
Elmir Kamal,
KONKRET.az

Siyasi       Tarix: 02 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bu gun xeberler az son xeberler 2026 son xəbərlər