Zelenski Putin ilə görüşə hazır olduğunu dedi: Müharibə bitir?

Zelenski Putin ilə görüşə hazır olduğunu dedi: Müharibə bitir?Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib. Zelenski bunu İtaliyanın RAI radiostansiyasına verdiyi müsahibədə bildirib.
Politoloq Ramiz Alıyev mövzu ilə bağlı azxeber.com-a açıqlamasında deyib ki, Rusiya-Ukrayna müharibəsi beynəlxalq güc balansının tərkib hissəsidir:
Zelenski Putin ilə görüşə hazır olduğunu dedi: Müharibə bitir?"Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşə hazır olduğunu bəyan etməsi diplomatik müstəvidə müəyyən aktivliyin yarandığını göstərsə də, bu, avtomatik olaraq yaxın perspektivdə atəşkəsin əldə olunacağı anlamına gəlmir. Mövcud geosiyasi reallıqlar göstərir ki, Rusiya-Ukrayna müharibəsi yalnız iki dövlət arasında klassik qarşıdurma deyil, daha geniş beynəlxalq güc balansının tərkib hissəsidir. Tərəflərin mövqeləri hələ də fundamental məsələlər üzrə kəskin şəkildə ziddiyyətlidir. Ukrayna ərazi bütövlüyünün tam bərpasını, işğal olunmuş ərazilərin geri qaytarılmasını və təhlükəsizlik zəmanətlərinin təmin olunmasını əsas şərt kimi irəli sürür. Rusiya isə öz növbəsində işğal etdiyi ərazilər üzərində nəzarətin tanınmasını və Ukraynanın geosiyasi seçimlərinin məhdudlaşdırılmasını prioritet hesab edir. Bu ziddiyyətlər aradan qaldırılmadan real və davamlı sülh sazişindən danışmaq çətindir".
O bildirib ki, bu münaqişə təkcə regional deyil, qlobal xarakter daşıyır:
"ABŞ, Avropa İttifaqı və NATO ölkələrinin Ukraynaya hərbi-siyasi dəstəyi, eyni zamanda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müharibənin gedişinə birbaşa təsir edir. Bu baxımdan belə münaqişələr yalnız tərəflərin deyil, böyük güclərin də razılığı və geosiyasi maraqlarının uzlaşdırılması nəticəsində dayandırıla bilər. Qısamüddətli və taktiki atəşkəs variantı müəyyən şərtlər daxilində mümkün görünə bilər. Bu, daha çox humanitar məqsədlərlə və ya tərəflərin qüvvələrini yenidən toparlaması üçün istifadə edilə bilər. Lakin uzunmüddətli və davamlı atəşkəs üçün siyasi iradə ilə yanaşı, qarşılıqlı etimadın formalaşması və beynəlxalq təminat mexanizmlərinin yaradılması vacibdir".
Politoloq vurğulayıb ki, hazırkı mərhələdə Rusiya və Ukrayna müəyyən strateji məqsədlərindən geri çəkilməyə hazır görünmür: 
"Münaqişənin tam başa çatması perspektivi isə daha mürəkkəbdir. Hazırkı mərhələdə həm Rusiya, həm də Ukrayna müəyyən strateji məqsədlərindən geri çəkilməyə hazır görünmür. Bu isə onu göstərir ki, müharibə ya uzunmüddətli "dondurulmuş münaqişə" mərhələsinə keçə, ya da aşağı intensivliklə davam edə bilər. Ümumilikdə onu deyə bilərəm ki, Zelenskinin danışıqlara hazır olması mühüm siyasi siqnal olsa da, real nəticələrin əldə olunması üçün tərəflər arasında mövqelərin yaxınlaşması ilə yanaşı, qlobal güclər arasında da konsensus formalaşmalıdır. Mövcud şərtlər daxilində isə yaxın perspektivdə tam sülh sazişindən daha çox, məhdud və şərti atəşkəs ehtimalları daha real görünür".
Şahanə Ziyad

Siyasi       Tarix: 11 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim cəbhədən son dəqiqə maşın realiti şou xeber