Zelenski-Tramp görüşü: Müharibənin taleyi necə dəyişəcək?

Zelenski-Tramp görüşü: Müharibənin taleyi necə dəyişəcək?Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında yaxın günlərdə baş tutması gözlənilən görüş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflərin müharibənin dayandırılması və sülh perspektivləri ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.
Bəs bu təmaslar Rusiya–Ukrayna müharibəsinin gedişinə və mümkün sülh danışıqlarına real təsir göstərə bilərmi?
Zelenski-Tramp görüşü: Müharibənin taleyi necə dəyişəcək?Aydın Tağıyev
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, Zelenski-Tramp görüşü müharibənin diplomatik mərhələyə keçidi baxımından mühüm əhəmiyyət daşıyır:
"Hazırkı mərhələdə ABŞ-nin mövqeyi həm Ukrayna, həm də Rusiya üçün həlledici faktorlardan biridir. Zelenski ilə Tramp arasında keçiriləcək görüşdə əsas diqqət atəşkəs imkanları, hərbi yardımın davam etdirilməsi və gələcək danışıqların çərçivəsinə yönələcək. Əgər tərəflər müəyyən ortaq məxrəcə gələ bilsələr, bu, sülh prosesinin sürətlənməsinə təsir göstərəcək".
Politoloqun sözlərinə görə, Tramp son dövrlərdə həm Moskva, həm də Kiyevlə təmaslarını artıraraq münaqişənin diplomatik yollarla həllinə maraq göstərdiyini nümayiş etdirir:
"Zelenski özü də Trampla telefon danışığında sülh məsələsini müzakirə etdiklərini və bu istiqamətdə yeni ideyaların olduğunu bildirib. Yaxın vaxtlarda müharibənin tam dayanması real görünməsə də, belə təmaslar danışıqlar üçün yeni imkanlar yaradacaq. Bu görüşün nəticələri birbaşa sülh sazişi ilə yekunlaşmaya bilər. Lakin ABŞ-nin vasitəçilik səylərinin güclənməsi, Ukraynaya dəstək mexanizmlərinin və Rusiyaya təzyiq vasitələrinin müzakirəsi gələcək danışıqlar üçün zəmin formalaşdıra bilər. Ona görə də görüşün nəticələri diqqətlə izlənilməlidir".
Politoloq vurğulayıb ki, müharibənin taleyi yalnız Kiyev və Vaşinqtonun mövqeyindən deyil, Moskvanın yanaşmasından da asılı olacaq:
"Əgər Rusiya da real danışıqlara maraq göstərərsə, qarşıdakı aylarda diplomatik prosesdə müəyyən irəliləyişlər müşahidə oluna bilər. Əks halda hərbi qarşıdurma davam edəcək və tərəflər paralel şəkildə həm döyüş meydanında, həm də danışıqlar masasında mövqelərini gücləndirməyə çalışacaqlar".
Aynurə İsmayıl,
KONKRET.az

Siyasi       Tarix: 15 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 bugunun xeberleri xabar az hava haqqinda