Zelenskinin "qələbəyə inanırıq" açıqlamasının PƏRDƏARXASI: Ukrayna lideri kimlərə MESAJ VERİB?

Zelenskinin Zelenski Ukraynanın qələbəsinə inandığını bildirib və bunu bir sıra amillərlə izah edib. O bildirib ki, yalnız ABŞ-ın malik olduğu silah paketi və uzaqmənzilli raketləri var, 100 faiz heyətlə təchiz edilən, fəaliyyətdə olan Ukrayna ordusu mövcuddur. Bu da qələbəyə doğru irəliləməyə imkan verir. Ancaq Zelenskinin bu cür fikirlər səsləndirməsi normal qarşılanmır və onun qələbədən danışması kənardan gülüş obyektinə çevrilir. Maraqlıdır, indiki vəziyyətdə Ukrayna liderinin qələbədən danışması nə dərəcədə real görünür? Kiyevin müharibədə qələbə qazanması mümkündürmü ?
Mövzunu KONKRET.az-a politoloq Zeynal Əmrəliyev şərh edib:
Zelenskinin Zeynal Əmrəliyev
"Mövcud reallıqları Ukrayna hakimiyyəti də dərk edir. Ancaq nəzərə alaq ki, Zelenski bir prezident kimi ölkəsində həm də psixoloji vəziyyətin qorunub saxlanılmasında maraqlıdır. Ümumiyyətlə, müharibə dövründə ordunun psixoloji durumunun yerində olması, qələbəyə ruhlanması çox vacibdir. Yəni Ali Baş Komandan mənfi açıqlamalar versə, bu, təbii olaraq ordunun ruhdan düşməsinə şərait yaradacaq. Ona görə də, Ukrayna rəhbərliyi vəziyyətin necə olduğunu başa düşür və buna uyğun hərəkət edir. Zelenskinin danışıqlar masasına qayıtması, ABŞ-la bəzi məsələlər barəsində razılığa gəlməsi, hətta özünə sərf etməsə də, ölkəsinin mineral ehtiyyatlarının istismarına icazə verməsi onu göstərir ki, Ukrayna lideri reallıqlardan xəbərdardır. Sadəcə olaraq o, müharibə aparan bir ordunun ali baş komandanıdır. Zelenski öz əsgərlərinin mənəvi-psixoloji hazırlığının yüksək olmasına cavabdehlik daşıyan şəxsdir. Ona görə də, bu yöndə addımlar atmağa məcburdur. Məğlubiyyətlə bağlı açıqlamalar verə bilməz. Odur ki, onun fikirləri auditoriyaya hesablanıb və ordunun psixologiyasını qorumağa yönəlib. Ancaq Ukraynanın cəbhədəki vəziyyəti heç də ürəkaçan deyil. Xüsusən də, ABŞ-ın indi sərgilədiyi mövqe Ukraynanın vəziyyətini daha da ağırlaşdırıb".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 30 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri xeber.az cəbhədən ən son xəbərlər qarabag