"Zəlzələ turizm sektoruna da təsir edəcək" - ŞƏRH + FOTO

"Zəlzələ turizm sektoruna da təsir edəcək" - ŞƏRH + FOTO
Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə baş verən zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.
Türkiyədə baş verən zəlzələlərin turizmə ciddi şəkildə təsiri ilə bağlı fikirlər səslənir. Hadisənin miqyasının böyüklüyünü nəzərə alsaq qaçılmazdır.
Bəs görəsən, Türkiyədəki zəlzələ turizmə təsir göstərəcəkmi? Türkiyəni seçənlər indi diqqətlərini Azərbaycana yönəldə bilərlərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, Türkiyə ötən il rekord sayda turist qəbul edib:
"Türkiyə turizm ölkəsidir. Ən çox turist qəbul edən 10 ölkə arasındadır. Ötən il ilk 5-likdə idi. 2022-ci ildə Türkiyə rekord sayda turist qəbul edib. Pandemiyadan öncəki rekordunu təzələdi. 56 milyon turist qəbul etdi. 2023-cü il üçün hədəf 60 milyon idi".
Ekspert qeyd edib ki, zəlzələ turizm sektorundan da təsirsiz ötüşməyəcək:
"Zəlzələdən əziyyət çəkənlərin əksəriyyəti Antalyada hotel və yataqxanalara yerləşdirilib. Antalya hər il 12 milyon turist qəbul edirdi. Daha çox yataq sayı olduğuna görə, zəlzələdən zərərçəkənlər ora yerləşdirildi. Miqyas böyükdür. Bu Türkiyənin turizm sektoruna təsir edəcək.
Zəlzələ insanların qərarlarına da təsir edəcək. Türkiyənin hətta zəlzələ baş verməyən ərazisinə səhayət etməyi düşünənlər də rezervasiyalarını təxirə salacaqlar. İstənilən halda turizm özünü daha tez bərpa edən, tez çıxış yolu tapan sektordur. Aprel ayının əvvəlində təxirə salınan Emid sərgisi təşkil ediləcək. Bu onu göstərir ki, sənaye dayanmayıb. Qısa şəkildə bərpa olunacaq. Tezliklə turizm bərpa ediləcək. Antalyada zərərçəkənlərin yerləşdirilməsinə baxmayaraq, mövsümlə əlaqədar tədbirlər görüləcək ki, turizmə təsir etməsin. Lakin rekordu təzələyəcəkləri məlum deyil".
C.Aşurov əlavə edib ki, Azərbaycan turizm ölkəsi olaraq çox kiçikdir:
"Türkiyə ilə müqayisə oluna bilməz. Türkiyəyə gedən böyük, bizə qonşu və yaxın olan ölkələrin Azərbaycanı seçmək imkanları da Azərbaycanın sərhədlərinin açıqlığı və ölkə olaraq turistlərin əlçatanlığı ilə bağlı olacaq. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi bitməyib. İnsanlar müharibədən əziyyət çəkirlər. Dünyada qlobal turistlərin sayına ciddi təsir göstərəcək.
Azərbaycan 2022-ci ilin nəticələrinə görə, pandemiyadan sonra turizmin 50 faizini bərpa edə bilib. 1,6 milyon xarici vətəndaş Azərbaycana gəlib. 2023-cü ildə bir qədər daha çox xarici vətəndaşların qəbulu həyata keçiriləcək. Təhlükəsizlik və sabitlik önəmlidir. Ümid edirik ki, Azərbaycan turizmində müsbət tendensiyalar müşahidə edə biləcəyik".
Nəzrin Vahid

Turizm       Tarix: 16 fevral 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər son xeberler 2026 zelzele xeberler