Zəngəzur dəhlizi iki ay sonra açılacaq: Xəritə ortaya çıxdı - FOTOFAKT

Zəngəzur dəhlizi iki ay sonra açılacaq: Xəritə ortaya çıxdı - FOTOFAKTZəngəzur dəhlizi 2023-cü ilin dekabr ayına qədər açılacaq.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyayönümlü erməni bloqer Mika Badalyan yazıb.
Erməni bloger Zəngəzur dəhlizinin Qərb tərəfindən açılacağını iddia edir. Bu, bir qədər məntiqsiz görünür, lakin Badalyan "sübut" kimi "Googlemaps"a istinad edir.
"Qərb Zəngəzur dəhlizini 2023-cü ilin dekabrında açmağı planlaşdırır. "Googlemaps"da Zəngəzur və Naxçıvanı birləşdirən magistralın bir hissəsinin dekabr ayında istifadəyə veriləcəyi məlumatları qeyd olunub. Bu hissənin açılması ancaq Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün mümkün ola bilər. "Google" öz xəritələrini milli kartoqrafiya institutlarının məlumatları əsasında yaradır. Ermənistanda bu cür qurumlar çoxdan ləğv olunub, Rusiya açıq şəkildə "Google" şirkətinə məlumat ötürə bilməz. Əgər Azərbaycan məlumat ötürsəydi, o zaman, Ermənistanda bilinərdi. Yeganə variant ABŞ Milli Kartoqrafiya İnstitutundan məlumat almaqdır. Bu məlumat sübut edir ki, regionda baş verən hər şeyin arxasında Qərb dayanır və məqsədi Ermənistanın parçalanması hesabına olsa belə Zəngəzur dəhlizinin həyata keçirilməsidir" – Badalyan iddia edir.
Zəngəzur dəhlizi iki ay sonra açılacaq: Xəritə ortaya çıxdı - FOTOFAKTErməni bloqerin bu fikirləri maraqlı olsa da, məntiqdən uzaq görünür. Çünki Qərb Zəngəzur dəhlizindən Mərkəzi Asiya coğrafiyasına çıxış üçün istifadədə maraqlı olsa da, bu layihə bölgədə Rusiyaya da sərfəlidir. Daha doğrusu, hər iki tərəf – Rusiya və Qərb nə qədər qarşıdurma vəziyyətində olsa da, Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm keçidlərdən biri kimi dəyərləndirilən Zəngəzur dəhlizi layihəsinin açılmasını istəyir. Sadəcə olaraq, burada yanaşma fərqlidir. Rusiya dəhlizin 10 noyabr razılaşmasına uyğun açılmasında maraqlıdır, çünki öz qüvvələrini bura yerləşdirə və nəzarət imkanı qazana bilər.
Qərb Rusiyanın bu yola nəzarət etməsini istəmədiyi üçün dəhlizin Ermənistanın nəzarətində olmasını istəyir. Badalyanın bu iddiası daha çox Paşinyan hakimiyyətinin anti-Rusiya mövqeyinin və Qərbə yaxınlaşmasının Ermənistan üçün mənfi nəticələri haqda ictimai rəyi formalaşdırmaq cəhdidir. Badalyan bu fəaliyyətinə görə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən "qanunsuz silah saxlamaq" ittihamı ilə saxlanılıb, bir neçə gündən sonra izə azad edilib.
Bölgədəki proseslərin isə Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılması – Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi – istiqamətində getdiyi aydın görünür.

Siyasi       Tarix: 15 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun en son xəbərlər bugün dunya xeberleri bugünki xəbərlər