"Zəngəzur dəhlizini mütləq açmalıyıq' - Naqif Həmzəyev Türkiyədə çıxış etdi
"Zəngəzur dəhlizini mütləq açmalıyıq. Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də təhlükəsizlik baxımından önəmlidir".
azxeber.com xəbər verir ki, bu sözləri Türkiyənin Qaziantep Universitetində keçirilən ""Beynəlxalq Təhlükəsizlik Strategiyaları və İdarəetmə Konqresi" zamanı Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır;
"Zəngəzur dəhlizi açıldıqdan sonra Çindən çıxan bir qatar 10-12 gün ərzində Avropaya çata biləcək. Azərbaycan öz ərazisində bütün hazırlıqları tamamlayıb. İnfrastruktur işlərini bitirmişik, heç bir problemimiz yoxdur. Problem Ermənistandakı 42 kilometrlik hissə ilə bağlıdır. Orada lazımi addımlar atılmadığı üçün proses uzanır".
Deputat qeyd edib ki, Zəngəzur dəhlizi regionun bütövlüyü üçün strateji layihədir:
"Biz alternativlər üzərində də işləyirik. Bu xətt yalnız Azərbaycan üçün deyil, regionun bütövlüyü üçün strateji layihədir. .Dəhliz açıldıqdan sonra Qafqazdan Avropaya uzanan yeni bir marşrut olacaq".
Parlamentari vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması siyasi və strateji inteqrasiya deməkdir:
"Son müharibələrdən sonra dəhlizin regionun ən təhlükəsiz xətti olduğu sübut edildi. Azərbaycan və Türkiyə bu xətt üzərindən nəqliyyat və ticarət təhlükəsizliyini təsdiqlədilər. Dəhlizin açılması Türk dünyasını fasiləsiz şəkildə bir-birinə bağlayacağıq. Bu layihə təkcə iqtisadi deyil, həm də siyasi və strateji inteqrasiya deməkdir".
Şahanə Ziyad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK