"Zəngəzur dəhlizinin açılması Ermənistanla münasibətlərin tənzimlənməsi üçün çox vacibdir
"Zəngəzur dəhlizinin açılması Ermənistanla münasibətlərin tənzimlənməsi və sülhlə nəticələnəcək həll yolu üçün ən vacib xüsuslardan biridir".
Bunu "Report"a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin açılmasını 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın doqquzuncu maddəsi ilə təsbit edilib.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi Avropanı Orta Asiya ilə əlaqələndirən ən qısa yol olacaq: "Bu dəhliz Azərbaycanı Naxçıvana, Türkiyəni Azərbaycana və Türk dünyasına quru yolu ilə bağlayacaq. Yəni tarixi, iqtisadi, geopolitik bir əhəmiyyətə sahibdir".
Y.Karauz dəhlizin açılma ehtimalının çox yüksək olduğunu söyləyib: "Dəhlizin açılma ehtimalını çox yüksək görürəm. Onsuz da Azərbaycan öz üzərinə düşən işlərin 85 faizini tamamlayıb. Zəngəzur dəhlizinin açılmama ehtimalı çox azdır. Laçın yolu gündəmdə varsa, deməli Zəngəzur dəhlizinin açılması da mütləqdir, qırmızı xətdir. Rusiya da bunun baş tutmasını istəyir, çünki dəhlizin fəaliyyətinin reallaşması Rusiyanı Türkiyəyə - Qarsa, Ərzuruma bağlayacaq. Bu, regionda iqtisadi, mədəni və sosial inkişafa da müsbət təsir göstərəcək".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ