Zəngəzura AZ QALDI - Bəs XANKƏNDİ?

Zəngəzura AZ QALDI - Bəs XANKƏNDİ?Bəs Ağdərə, bəs Əsgəran, bəs Xocalı?
KONKRET.az olaraq Azərbaycan oxucusuna mediada bar-bar bağırılan tezislərdən başqa reallıqları da açmağı özümüzə borc bilirik.
Zəfər və bəyanat təzadı
44 günlük savaş zamanı Azərbaycanın yuxarıda sadalanan bütün əraziləri boşaltdığı hamımıza bəlli idi. Baxmayaraq ki, biz həmin vaxt İndoneziya, Niderland qeydiyyatları ilə VPN istifadəçisi idik. Halbuki sosial şəbəkələr dövlət səviyyəsində qadağan olunmuşdu. Bəli, vətən sevgisi cərimə qorxusunu üstələyirdi. Biz ora tələsirdik. Yarım qalan hissəmizə, indi Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonları adlanan torpaqlarımıza can atırdıq. Hazırda orada yaşamaq istəyən, iş qurmaq istəyən kim, o vaxt isə şəhid qanı tökülmüş torpağı ovuclayıb ağlamaq istəyirdik. 30 illik işğal zamanı kədərimizə sevinən düşmən sevinc göz yaşımızdan elə qorxurdu ki…
Ermənilər Qarabağdan qaçmışdılar. Ta ki, üçtərəfli bəyanat imzalanana qədər hər şey fantaziyamızla düz mütənasib idi. Təzad da elə 2020-ci ilin 10 noyabrında yaşandı. Reallığa çevrilməkdə olan xəyallar gerçəklə üz-üzə qaldı. Bəzi siyasətçilər Qırmızı Bazar narazılığı salanda kimsə nəyin niyə belə olduğu ilə maraqlanmırdı. Di gəl ki, hamı Hacı Zeynalabdin qəsəbəsindəki (Nasosnu) partlayışından lərzəyə gəlmiş, qorxuya düşmüşdü. Bəli, hökumət milyonları Hələb dəhşətindən qorumaq üçün Kremlin erməni xilaskarı olması ilə razılaşdı. Düşünürsünüz ki, indiki dövrdə müharibə etmək asandır? Azərbaycanın seçdiyi tarix bu düşüncədən daha uzaqgörən olub:
• Dünyada pandemiya hökm sürürdü
• Avropa sarıjiletlilər hərəkatına bürünmüşdü
• ABŞ Tramp-Bayden mübarizəsinin astanasındaydı
• Rusiya "Ohanyan səddi"nin yarılmasına inanmırdı
1. O vaxt gəzən şaiyələrdən biri o idi ki, Azərbaycan ÜST-ün COVID şərtlərini Qərbin haqq savaşında susmasına görə qəbul edib.
2. Avropa, ələlxüsus da Fransa sarıjiletlilər etirazlarına bürünmüşdü deyə ATƏT-in Minsk Qrupunun avropalı həmsədri zərərsizləşdirilmişdi.
3. Digər həmsədr ABŞ yeni Prezident seçkiləri ilə bağlı Kapitoli dərdində idi.
4. Rusiya 2016-cı ilin 4 günlük savaşından sonra Azərbaycanın Lələtəpə uğuruna rəğmən, Bakının 6 metr enində olan erməni betonlarını yaracağına inanmırdı.
İsrailin silah dəstəyi, Pakistanın hər vəziyyətə (nüvə silahına da) hazır olduğunu elan etməsi, Türkiyənin hilal qardaşlığı Putini uşaqlıq ərköyünlüklərindən çəkindirdi. Ötən ilin bu vaxtları Azərbaycan ordusunun Şuşaya yaxınlaşması xəbərləri isə Kremli coşdurdu. Şuşa geri alınanda Putin tərəfləri sülhə məcbur etməliydi. Çünki Rusiya liderinin Valdayda dediyi kimi, Kreml Azərbaycana 5 rayonu (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) vermək fikrində olub. Kəlbəcər, Laçın, Şuşa, Xocavənd, Hadrut Rusiyanın təqdim etdiyi menyuda yox idi.
Hazırda gedən danışıqlar da Rusiyanın sifarişinə uyğun deyil. Belə ki, Rusiya indi ən yaxşı halda kuryer rolunu oynaya bilər, çünki sifarişçi Azərbaycandır. Yeni reallıqları biz yaratmışıq. Putinin vasitəçiliyi ilə sonuncu Soçi görüşü bu reallıqlara etiraz idi, amma Moskvanın qursağında qaldı. Yəni sanksiyalarla Rusiyanı, az qala diz çökdürən Qərb Qarabağda Azərbaycanın suverenliyini tanıdığı halda "urusun vozrajat" etməsi gülüncdür. Bu lap gözləri çıxarılmış Samsonun son nəfəsində sütunları hamının başına yıxması qədər inanılmazdır. Həm də Paşinyan Dalila deyil. Yəni Ermənistana görə Rusiya Qarabağda Ukraynadakı kimi ikinci 70 min itkini yaşamaq istəməz.
O ki qaldı Xocalıya, bəli, Arutyunyan orada həyət evləri tikir. Bununla da bizi əlavə məsrəfdən qurtarır. Yaxın zamanda Xankəndini də yurusdiksiyamıza almağımız separatçıların orada etdiyi "əlyandı mitinq"lərindən bəllidir.
Zəngəzur dəhlizi ilə bağlı isə Bakı Tehrana belə bir məsləhət verə bilər ki, Qafandakı "podmoyak" konsulluqlarını təmir etməsinlər. Az qalıb.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 05 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan son.xabar cəbhədən şad xəbər az xeber