Zəngəzura ordu göndərilir - Bölgə ilə bağlı YENİ SSENARİ

Zəngəzura ordu göndərilir - Bölgə ilə bağlı YENİ SSENARİAvrasiyanın orta xəttində Zəngəzur dəhlizi olduqca vacibdir. Hazırda Qərb, Rusiya, Türkiyə, İran, Böyük Britaniya, ABŞ və Çin bölgədəki prosesləri yaxından izləyir. Xəzər dənizi, Qafqaz və Qara dəniz regionunda Rusiya və İranın 200 illik mövqeyi zəifləyir. Bunun əvəzinə digər beynəlxalq aktorlar bu fürsətdən yararlanmaq istəyir.
KONKRET.az xəbər verir ki, bunu "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, Fransa və Almaniyanın ümumilikdə Qərbin bu hadisələr fonunda xüsusi missiya ilə Ermənistana gəlişi müşahidə edildi:
"Hazırda bu missiyanın say tərkibinin artırılması ilə bağlı məsələ gündəmdədir. Ermənistan Qərblə birlikdə Rusiyanı Zəngəzurdan çıxarmaq üçün əllərindən gələni edir".
Politoloq hesab edir ki, üçtərəfli razılaşmada "10 noyabr 2020-ci il" göstərilməsinə baxmayaraq, Ermənistan Rusiya ilə Zəngəzur dəhlizinin açılmasına getmək niyyətində deyil:
"İrəvan bunu suverenliyinə təhdid kimi qəbul edir. Dəhlizə Ermənistanın nəzarət mexanizmlərinin yerləşdirilməsi önə çəkilir. Buradakı problem Ermənistanın Qərb və Rusiya arasında qalması ilə bağlıdır".
Zaur Məmmədova görə, Qərb fürsətdən istifadə edərək Rusiyanın bölgədən çıxarılmasına çalışır:
"Gorusda, Qafanda ayrı-ayrı ölkələrin ardıcıl olaraq konsulluqlar açması da birmənalıdır. Fakt odur ki, bura həmin ölkələrinin vətəndaşlarının yaşamadığı ərazidir. Ermənilər belə burada çox az sayda məskunlaşıb. Belə olan halda bu ərazidə konsulluq açmaqla bağlı atılan addımlar açıq suallar yaradır. Fransanın da bu məsələdə canfəşanlığı Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı gələcəkdə bölgəyə hərbi kontingentin göndərilməsinə hesablanıb".
Ekspertin fikrincə, Qərbin tez-tələsik Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalaması ilə bağlı çağırışları hiylədir:
"Qərb Azərbaycanla Ermənistana istənilən sülh mətnini qəbul etdirib, bunun ardınca Zəngəzuru hərbiləşdirilmiş zonaya çevirmək niyyətindədir. Kommunikasiya xəttlərinə nəzarətin ələ alınması da onların hədəfindədir. Amma bütün bunlara baxmayaraq Azərbaycan istəmədən Cənubi Qafqazda heç bir proses həllini tapmaycaq. Azərbaycanın əsəs hədəfi presesin regional müstəvidə həllini nail olmaqdır".//Teleqraf.com

Siyasi       Tarix: 06 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber az xeber cəbhədən xəbər cəbhədən yeni xəbərlər