Zəngilan rayonu sürətlə inkişaf edir

Zəngilan rayonu sürətlə inkişaf edirAzərbaycan torpaqlarının hesabına özlərinə dövlət quran ermənilər zaman-zaman bölşevik Rusiyasının dəstəyi və eyni zamanda köməyi ilə Azərbaycana hücumlar edib. Qırğınlar törədərək hər dəfə yeni ərazilərimizi işğal edərək torpaqlarımıza sahibləniblər.
1920-ci il 28 aprel işğalından sonra isə Zəngəzur qəzasını işğal edərək yerli azərbaycanlıları qətlə yetirib və öz doğma torpaqlarından didərgin salıblar. Müqavimət göstərməyə və yenidən öz torpaqlarına qayıtmağa imkan verməyən bolşevik Rusiyası təkidlə Zəngəzuru Azərbaycandan alaraq Ermənistana birləşdirib.
Beləliklə qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.
1993-cü ilin oktyabr ayının 29-da Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik olan Zəngilan rayonu ermənilərin Azərbaycana növbəti hücumları nəticəsində Rusiyanın köməkliyi ilə Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal edildi. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi düşmənlə qeyri bərabər qüvvə ilə vuruşaraq, itkilər verərək Araz çayına yaxınlaşıblar, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşıblar. Həmin vaxtı Ümummilli Liderimiz Heydər Əliyev həmvətənlərimizin Araz çayını sağ-salamat, itgisiz keçmələri üçün  İran İslam Respublikasının rəhbərliyi ilə danışıqlar aparmış, onlardan  Araz çayının suyunu azaldaraq onların təhlükəsizliyini təmin etmələrini xahiş etmişdi. 
Beş il düşmənlə vuruşaraq yüzlərlə şəhid verən Zəngilan rayonu nankor ermənilərin işğal edərək boşaltdığı sonuncu rayon idi.
27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsi zamanı bütün Azərbaycan xalqı ayağa qalxdı. Vətəni azad etmək, düşmən əsarətindən qurtarmaq üçün sinələrini sipər etdi. Minlərlə Azərbaycan övladı bu yolda canından keçərək şəhidlik zirvəsinə ucaldı.
2020-ci il oktyabr ayının 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyat başlanıldı. Azərbaycan Silahlı Qüvvələrinin igidləri digər ərazilərimiz kimi Zəngilan rayonunda yerləşən Ermənistan Silahlı 
Qüvvələrini darmadağın edərək torpaqlarımızdan təmizlədilər. Zəngilan döyüşləri nəticəsində Ordumuz tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi. Sərhəd boyu isə dərhal mühafizə işləri 
görülməyə başlandı.
Bu gün Zəngilan rayonu sürətlə inkişaf edir. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Bu kəndin daha da genişləndirilməsi, əlavə evlərin tikilməsi, infrastruktur layihələrin şaxələndirilməsi  nəzərdə tutulur. Bu kənddə tibb məntəqəsi, məktəb, bağça, kitabxana və sair tikilib istifadəyə verilib. Eyni zamanda Zəngilanda "Asan", "Dost", orta və kiçik biznesə dəstək xidmətləri istifadəyə verilib. 
Ağalı kəndinin ilk sakinləri artıq 2022-ci ilin may ayında öz doğma torpaqlarında məskunlaşıblar. Bu kənd demək olar ki, dünyanın ən müasir kəndlərindən biridir.
Zəngilan rayonu Şərifan (IX-XVI), Qız Qalası (orta əsrlər), Hacallı dairəvi bürcü (XIV əsr), Sərdabə (XIII əsr), İmam Hüseyn məscidi (XVII əsr) və onlarla bu kimi  tarixi, dini, mədəni memarlıq abidələri ilə zəngindir.
Zəngilanı Naxçıvandan ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Məlumdur ki, dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpaqlarımız olan  Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.
Rasif Abduləzimli
Şəhid Emil Abduləzimlinin atası,
Zəngilan rayon sakini / azxeber.com

Siyasi       Tarix: 20 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri bugun xeberler xeber.az bu gun sonxeber az