Zərdüşt Əlizadə: "Ənənəvi müxalifətin məntiqi düşünmə qabiliyyəti yoxdur" - VİDEO
Zərdüşt Əlizadə: "Ənənəvi müxalifətin məntiqi düşünmə qabiliyyəti yoxdur" - VİDEO
"Ənənəvi müxalifət son 25 ildə ancaq siyasi alət kimi Qarabağın işğal altında olmasını deyirdi və hakimiyyətin onu azad etməsində acizlik nümayiş etdirməsini vurğulayırdı. İndi Qarabağ qaytarılıb. Qarabağ münaqişəsinin dinc və ya hərbi yolla həll olunması onlara sərf etmirdi. Hərb yolu ilə Qarabağ azad olunduqdan sonra müxalifətin əlində hakimiyyəti tənqid etmək üçün silah qalmayıb".
Oxu.Az xəbər verir ki, bu sözləri "Baku TV"yə siyasi jurnalist Zərdüşt Əlizadə deyib.
O, 10 noyabr üçtərəfli birgə Bəyanatın imzalandığı günün tarixi gün olduğunu bildirib. Z.Əlizadə bunu başa düşməyən ənənəvi müxalifəti tənqid edib:
"Qarabağın 25 faizində Rusiya sülhməramlılarının olması orada hərbi baza yaradılması anlamına gəlməməlidir. Rusiya sülhməramlıları sadəcə, beş il ərzində orada qalan erməni əhalisinin təhlükəsizliyinin təminatı üçündür. Vaxt gələcək ki, azərbaycanlı məcburi köçkünlər də Xankəndiyə qayıdanda onların təhlükəsizliyi sülhməramlılar tərəfindən təmin olunacaq.
Rusiya dünyada gücünə görə ikinci dövlətdir. Bu ölkə Qarabağı işğal etmək istəsə, sülhməramlı kimi girməzdi, heç kimə də hesabat verməzdi. Rusiya sülhməramlılarının Qarabağda olduğunu əsas gətirib iqtidarı günahlandıran qüvvələrin məntiqi düşünmə qabiliyyəti yoxdur. Ağıllı, tədbirli siyasət yürütsək, Qarabağın digər hissəsi də bizə tədricən qaytarılacaq. Bu ağıllı siyasətin yürüdülməsinə mane olan ənənəvi müxalifət faktiki olaraq 90-cı illərdə olduğu kimi, milli xəyanət siyasəti aparır".

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına