Zərərin bədəli yenə xalqdan çıxılır: Dövlət qurumlarının məsuliyyətsiz idarəetməsinə CİDDİ ETİRAZ 

Zərərin bədəli yenə xalqdan çıxılır: Dövlət qurumlarının məsuliyyətsiz idarəetməsinə CİDDİ ETİRAZ Dövlət qurumlarında artan zərərlər, məsuliyyətsiz idarəetmə və bunun yükünün yenidən vətəndaşın üzərinə qoyulması cəmiyyətdə ciddi narazılıq doğurur. Xüsusilə ictimai nəqliyyat kimi sosial əhəmiyyətli sahələrdə qəbul edilən qərarlar aztəminatlı təbəqənin maraqlarını sual altına alır.
Zərərin bədəli yenə xalqdan çıxılır: Dövlət qurumlarının məsuliyyətsiz idarəetməsinə CİDDİ ETİRAZ Asif İbrahimov
KONKRET.az xəbər verir ki, iqtisadçı Asif İbrahimov sosial şəbəkədə dövlət idarəçiliyi, məmur məsuliyyəti və ictimai nəqliyyat sahəsindəki zərərlərlə bağlı tənqidi paylaşım edib.
O, universitetdə oxuduğu dövrdə bir müəlliminin "Prezident tərəfindən təyin olunan məmuru tənqid etmək olmaz" fikrini xatırladaraq, bu yanaşma ilə nə o vaxt, nə də indi razılaşmadığını bildirib. Asif İbrahimovun sözlərinə görə, hər hansı məmurun uğursuzluğu ölkə başçısının deyil, birbaşa həmin şəxsin məsuliyyətidir. İqtisadçı qeyd edib ki, həmin müəllim hazırda Azərbaycanın əhalisi az olan kiçik rayonlarından birinin deputatıdır.
Paylaşımda bəzi məmurların idarəetmə bacarığının zəif olduğu vurğulanıb. Asif İbrahimov bəzi şəxslərə ən sadə tapşırığın belə etibar edilməyəcəyini, lakin onların ölkənin strateji sahələrinə rəhbərlik etdiyini bildirib. Onun fikrincə, bu "smart məmurlar" əvvəlki "feodal məmurları" belə kölgədə qoyur.
İqtisadçı Bakı Metropoliteninin 2025-ci il üzrə 139 milyon manat zərər açıqlamasına və yığılmış zərərin 3 milyard manata çatmasına da diqqət çəkib. O, ADY, AZAL və ASCO kimi qurumların rəsmi rəqəmləri tam açıqlamasa da, vəziyyətin oxşar olduğunu qeyd edib. Asif İbrahimovun sözlərinə görə, əsas paradoks ondan ibarətdir ki, əgər bu qurumlar zərərlə işləyirsə, məntiqlə onların rəhbərliyi də bunun məsuliyyətini daşımalı və nəticələrə görə cavab verməlidir.
Bakı Metropoliteninin "tariflərin məsafəyə görə müəyyən olunacağı" ilə bağlı açıqlamasına toxunan iqtisadçı bildirib ki, illərlə yığılan zərərin və səmərəsiz idarəetmənin yükü yenidən xalqın və dövlət büdcəsinin üzərinə qoyulur. O, xüsusilə vurğulayıb ki, Bakı şəhərində aztəminatlı əhalinin böyük hissəsi Avtovağzal, Həzi Aslanov və 20 Yanvar istiqamətlərində yaşayır və metrodan əsas istifadə edənlər tələbələr, pensiyaçılar və aztəminatlı ailələrdir. Bu baxımdan, tarif artımı və məsafəyə görə ödəniş ən həssas sosial təbəqəyə ciddi təsir göstərəcək.
Asif İbrahimov qeyd edib ki, dövlət bu qurumları illərlə dotasiya və subsidiyalarla "pis öyrədib" və nəticədə rəhbərlikdə "zərər et, necə olsa büdcə bağlayacaq" düşüncəsi formalaşıb. Onun sözlərinə görə, normal ölkələrdə, o cümlədən Sinqapurda xroniki zərər edən dövlət qurumlarına subsidiya dayandırılır və ya islahatlar aparılır, rəhbərlik dəyişdirilir, yaxud struktur tam yenidən qurulur.
İqtisadçı uzun illərdir bütün dövlət qurumlarında KPİ (Key Performance Indicators – əsas fəaliyyət göstəriciləri) sisteminin tətbiqini təklif etdiyini də vurğulayıb. O, bildirib ki, ölçülə bilən göstəricilərə əsaslanan real mükafat və real cəza mexanizmi yaradılmalıdır. Asif İbrahimov rus atalar sözünü xatırladaraq qeyd edib: "Управляемо то, что измеряемо", yəni "ölçə bilmədiyini idarə edə bilməzsən".
Aynurə İsmayıl,
KONKRET.az

Siyasi       Tarix: 12 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag