Zeytunu belə yeməyin! Zərərli ola bilər
Zeytunun tərkibində insan orqanizmi üçün çoxlu faydalı maddələr var, lakin onun həddindən artıq istehlakı sağlamlığa ciddi ziyan vura bilər.
KONKRET.az Medicina.az-a istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru, dietoloq Mixail Qinzburq "Sputnik"ə müsahibəsində deyib.
"Aralıq dənizi və Fransa mətbəxində yüksək qiymətləndirilən zeytun yağı bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Omeqa-9 doymamış yağ turşuları ilə zəngin olan bu yağı normada istehlak etsək, iltihablanma riskini və damar xəstəliklərinin yaranma riskini azaltmış olarıq", – deyə dietoloq bildirib.
Onun sözlərinə görə, bu meyvənin əsas faydası həm də tərkibində antioksidantların və müxtəlif mikro və makroelementlərin yüksək olmasındadır.
"Lakin zeytun adətən duzlanır və ya turşu halında istehlak edilir. Bu da zeytunu çox yüksək duz ehtiva edən məhsula çevirir. Belə qidanın həddindən artıq istehlakı damar divarlarına mənfi təsir göstərir və hipertoniyanın inkişafına səbəb olur.
Tədqiqatlar artıq duzun hardasa əlavə şəkər qədər təhlükəli olduğunu və erkən ölümə səbəb olduğunu göstərir", – deyə ekspert qeyd edib.
Qinzburq əlavə edib ki, optimal miqdar gündə 2-3 ədəddir:
"Eyni zamanda, əgər piylənmə əlamətləri varsa və ya hipertoniyadan əziyyət çəkirsizsə, zeytunu ümumiyyətlə qida rasionuna daxil etməməyiniz daha yaxşı olar".
Qeyd edək ki, bundan əvvəl sağlam qidalanma üzrə mütəxəssis Tatyana Meşçeryakova bildirmişdi ki, həddindən artıq duz istehlakı hipertoniyaya gətirib çıxarır. O, bunun həmçinin ödemə, çəki artımına səbəb olduğunu, böyrək funksiyasını, maddələr mübadiləsini pozduğunu diqqətə çatdırmışdı.
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var