Zeytunun faydaları

Zeytunun faydalarıZeytun 5-11 metr hündürlüyə qədər qalxa bilən həmişəyaşıl zeytun ağacının meyvəsidir. Zeytunun çox da enli olmayan gövdəsi, nazik budaqları, uzun və dar yarpaqları olur. Zeytun yarpaqları boza çalan yaşı rəngdə, uzunluğu 2-4, eni isə 1-2 santimetr ölçüdə, şiş uclu və yumşaq olur. Zeytunun bir-çeçə növü var. Onun yarpaqlarının rəngi növündən asılı olaraq dəyişir. Növündən asılı olaraq zeytun yarpaqları yaşıl, boz-yaşıl,qara, və tünd-bənövşəyi olur. Zeytunun meyvələri ağac çiçəklədikdən 4-5 ay sonra formalaşır. Ağac aprel ayından çiçəklənməyə başlayır və mayın sonuna qədər çiçəklənmə davam edə bilir. Zeytun ağacı 20 il bar vermək qabiliyyətinə malikdir. Zeytun ağaclarının əksəriyyəti növbələşmə ilə bar verir. Yəni ağacların çoxu bir ildən bir bar verir. Hətta iki ildən bir bar verən zeytun ağacları da var. Zeytun meyvəsindən qədim zamanlardan zeytun yağı alınır. Bu ağac yabanı halda bitmir. Zeytunun vətəni Aralıq dənizi ölkələri hesab edilir. Bu ağacın iki min il əvvəllər də yetişməsi barədə əlyazmalarda qeydlərə rast gəlinib. Azərbaycanda da qədim zamanlarda zeytunun yetişdirilməsi ilə məşğul olunub. Ən çox da Abşeron bölgəsində zeytun ağacının yetişdilməsi planlı surətdə həyata keçirilir. Nardaranda 180-200 ildir ki, zeytun yetişdirilir.
Zeytundan istifadə edərkən onun süni surətdə yaradılmış zeytun olmadığını anlamaq lazımdır. Belə zeytun süni kimyəvi rənglərlə boyanır və onun tərkibində E 579 kimyəvi qatqı var. Bu zeytunun rəngi zil qara və parlaq olur ki, bu da təbii rəng deyil.
Zeytunun tərkibi
Zeytunun tərkibində yüksək keyfiyyətli yağlar var. Bu bitki yağının qida və enerji dəyəri çox yüksəkdir. Zeytunun tərkibi 6% zülallar, 9% liflər, 23% su, pektin maddəsi, 56% yağlar, şəkər, karotin, B, C vitaminləri, kalium, kalsium, qlikozidlərlə zəngindir. Zeytunun tərkibində olan maddələr hüceyrə membranının möhkəmlənməsinə və onun selikli qişasının sağlamlaşmasına səbəb olur.
Zeytunun faydaları
Zeytun mədənin, mədəaltı vəzin, qaraciyər və ürək-damar sisteminin yaxşılaşmasına səbəb olur. O yaraların sağalmasını sürətləndirir, orqanizmin toksinlərdən və şlaklardan təmizlənməsinə səbəb olur. Zeytun yemək yaşlı adamların sümük toxumasını möhkəmləndirir və qaraciyər fəaliyyətini yaxşılaşdırır.
Dietoloqlar hər zaman qara zeytun yeməyi məsləhət bilmir. Bunun səbəbi isə qara zeytunun tərkibində duzların miqdarının yaşıl zeytuna nisbətən daha az olmasıdır. Onların fikrinə görə pəhriz saxlayanların çoxlu qara zeytun yeməsi mədə yaralarının əmələ gəlməsinə səbəb ola bilər. Ayda ən azı 20 zeytun yemək diş daşlarının, öd kisəsi, sidik kisəsi və böyrəklərdə daşların əmələ gəlməsinin qaşısını alır. Zeytun yağı içmək böyrəklərdəki qumların və duzların tökülməsinə səbəb olur. Zeytun yağı ən keyfiyyətli yağ hesab edilir. Yağın tərkibində olan süzülməmiş yağ turşuları ( stearin, olein, palmitin) qanda xolesterinin miqdarının aşağı düşməsinə, orqanizmin qocalmasının qarşısını alınmasına səbəb olur. Zeytun və zeytun yağı Aralıq dənizi bölgələrinin ən vacib qidalarındandır. Zeytun yağının tərkibində olan antioksidantlar xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. O dəri və bağırsaq xərçənginin inkişafını ləngidir, öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, mədənin selikli qişasını bərpa edir. Konservləşdirilmiş zeytun yağı da təbii yollarla əldə edilmiş zeytun yağı qədər orqanizm üçün çox faydalıdır. Zeytun yağını dəri yanıqlarına, kəsiklərə, sıyrıqlara və ağcaqanad dişləyən nahiyələrə sürtdükdə yaraların sağalması sürtətlənir. Zeytun yağını yumurta sarısı ilə qarışdırıb üzə sürtdükdə dərinin tonusu artır, dəri hüceyrələri təzələnir. Zeytun yağı ilə hazırlanmış şampunlar da saçların sağlamlığının artmasına səbəb olur. Zeytun yarpaqlarından dəmlənmiş çay arterial təzyiqi aşağı salır.
Zeytunun zərərləri
Zeytunun praktikada heç bir zərərinə rast gəlinməyib.
Bəzi hallarda ondan istifadə etmək narahatçılıqlara səbəb olur. Bu isə ən çox özünü xolisistit xəstəliyi zamanı zeytun yağı içdikdə göstərir. Bu zaman ödün ifrazı sürətlənir. Piylənmədən əziyyət çəkənlər zeytundan istifadə edərkən onun miqdarına nəzarət etmələrində fayda var. Qara zeytun yeyərkən diqqətli olmaq lazımdır. Onun texniki işlənməsi zamanı istifadə edilən maddələr orqanizm üçün zərərli ola bilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler azerbaycan bugünki xəbərlər son.xeberler cəbhədən video