Zığda torpaqları zəbt edən maklerlə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO

Zığda torpaqları zəbt edən maklerlə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO Zığda torpaqları zəbt edən maklerlə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO
Nəcəfov Ramid Qasım oğlu hal-hazırda yol polisində işləmir. 
Bunu Oxu.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev bildirib. 
"Nəcəfov Ramid 2008-2010-cu illərdə yol polisi orqanlarında çalışıb. Hal-hazırda bu adda vətəndaş Dövlət Yol Polisində işləmir", - deyə N.Piriyev bildirib.  
16:39
Neft mədənlərinin ərazisində, boru kəmərlərinin mühafizə zonasında tikilən evlər həm əhalinin sağlamlığı, həm də neft sənayesinə yaratdığı maneələr baxımından ciddi narahatlıq doğurur.
"Report" xəbər verir ki, əvvəla bu ərazilərdə yaşamaq insanların həyatı üçün təhlükə törədir.
Çünki bu quyuların əksəriyyətində intensiv neft hasilatı həyata keçirilir. Hər an qəza, partlayış baş verə bilər. Bu cür ərazilərdə bəzən bir neft quyusunun ətrafında bir neçə ailə yaşayır. Təbii ki həmin ailələrin azyaşlı uşaqları həyət-bacaya çıxıb, quyunun ətrafında həmyaşıdları ilə oyunlar oynayırlar. Təsəvvür edin, həmin anda partlayış baş versə, biz necə böyük bir faciə ilə üzləşə bilərik. Digər tərəfdən mədən ərazilərində radiasiya fonu başqa yerlərlə müqayisədə dəfələrlə çox olur. Müxtəlif elmi araşdırmalara əsasən bu cür yerlərdə uzun müddət yaşayan insanlarda xərçəng xəstəliyinin yaranma ehtimalı yüksək olur. Həmçinin radiasiya uşaqlarda inkişaf problemlərinə də səbəb ola bilər.
Zığda torpaqları zəbt edən maklerlə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO Bunlardan əlavə neft mədənində məskunlaşan insanlar quyuların işləməsinə, neft hasilatı prosesinə ciddi şəkildə maneə yaradırlar. Yaşayış evləri ilə əhatə olunan quyularda hər hansı təmir-bərpa işlərinin aparılması, xüsusi texnikaların ərazidə işləməsi xeyli çətinləşir.
Vətəndaşların bu ərazilərdə məskunlaşmasının əsas səbəbkarı mədən ərazilərini oğurlayan quldur makler şəbəkələridir. Onlar öz səlahiyyətlərindən sui istifadə edən bəzi məmurlardan dəstək alaraq mədən ərazilərini zəbt edib gecələr gizli şəlkildə ev tikib satmaqla məşğul olurlar. Vətəndaşlar ilkin vaxtlarda bu cür ərazidə yaşamağın fəsadlarını dərk etmirlər. Lakin sonradan bir çoxları bu cür təhlükəli, normal yaşayış üçün heç bir şəraiti olmayan, üfunət qoxulu ərazilərdə məskunlaşdıqları üçün peşman olduqlarını bildirirlər.
Zığda torpaqları zəbt edən maklerlə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO Neft sənayesinə aid torpaqların ən çox zəbt olunduğu ərazilərdən biri də Zığ qəsəbəsində yerləşir. Bəzi insanlar hüquq mühafizə orqanlarının, mühafizə personalının bütün xəbərdarlıqlarına baxmayaraq neft ərazilərində tikinti işlərini davam etdirirlər. İşbazlar xüsusi taktika ilə zəbt olunma prosesini get-gedə genişlənməklə bir neçə mərhələdə aparırlar. Əvvəlcə gizli şəkildə gecə vaxtı ev tikib dam örtüyünü vururlar, bir müddət sonra əraziyə hasar çəkirlər. Daha sonra hasarın içində bir neçə ev tikib ya satırlar, ya da kirayə verirlər.
Zığda torpaqları zəbt edən maklerlə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO Oxşar taktikadan istifadə edərək neft sənayesinə aid boş torpaqları zəbt edənlərdən biri də Nəcəfov Ramid Qasım oğludur. O, Suraxanı rayonu Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsindəki fərdi yaşayış evinin qarşısındakı boş torpaq sahəsini hasara alaraq zəbt edib. Mühafizəçilər tərəfindən ona dəfələrlə neft sənayesinə aid torpaq sahində tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyi bildirilsə də, o, bu xəbərdarlıqlara məhəl qoymayıb. Ramid Nəcəfovun özbaşınalıqları barədə DİN-in 102 xidmətinə də bir neçə dəfə məlumat verilib, lakin ərazi üzrə sahə rəisi, mayor Azər Nəsirov da qanun pozuntusunun qarşısını ala bilməyib.
Ətrafda yaşayan sakinlərin dediyinə görə, Ramid Nəcəfov Dövlət Yol Polisinin əməkdaşıdır. Lalkin o maklerliklə də məşğul olur, polis olmasından istifadə edərək boş torpaq sahələrini zəbt edib ev tikərək satmaqla məşğul olur. Adını gizlətmək üçün isə özünü "Roma" kimi təqdim edir.
Təəssüf ki, vəzifəsi asayişi qorunmaq, qanunların pozulmasının qarşısını almaq olan bəzi polis əməkdaşları öz mənafeləri naminə qanunları heçə sayaraq şərəfli polis adına ləkə yaxırlar.

Sosial       Tarix: 15 yanvar 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler yeni xeberler azerbaycan xeberleri hava haqqinda sonxeber en son xəbərlər bugün en son xeberler