"Ziya heç vaxt onu döyməyib" - Raziyyat Əliyevanın məhkəmə prosesi

2017-ci ildə Azərbaycan gözəli seçilən, tanınmış model Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin növbəti məhkəmə prosesi baş tutub.
azxeber.com unikal.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
İş üzrə şahid qismində ifadə verən Urfan Məcidli, Nizam Vəliyev, Elçin Bədəlov və Rövşən Əkbərov bildiriblər ki, Raziyyat Əliyevanın özünə məxsus olduğu iddia etdiyi avtomobilin texniki pasportunda Razinin deyil, məhz Ziya Hüseynzadənin adının qeyd olunduğunu görüblər.
Şahid Yafət Həsənov isə təkcə avtomobilin evakuatorla götürülməsinin şahidi olduğunu bildirib. Onun sözlərinə görə, Ziya Hüseynzadənin zərərçəkmiş şəxsin anası olan Xadijat Əliyevanı evinə qalxdığını, orada olan qapısını sındırdığını və təhqiramiz ifadələr işlətdiyinin görməyib:
"İstintaq dövründə verdiyim ifadə mənə aid deyil, o izahatı təzyiq altında imzalamışam".
Zərərçəkmiş şəxsin anası Xadijat Əliyeva isə şahidin ifadəsinə narazılıq edib. Şahid isə "Nə qədər ki ruhum üstümdədi, dedikləriniz heç vaxt olmayıb və yalandır!" deyib.
Zərərçəkmiş şəxsin anasının sözlərinə görə, təqsirləndirilən şəxs Ziya Hüseynzadədən heç vaxt pul almayıb. Lakin təqsirləndirilən şəxsin vəkilləri tərəfindən təqdim edilən maddi sübutlar bunun da yalan olduğunu üzə çıxarıb.
Daha sonra məhkəmə iclasında şahid qismində zərərçəkmiş şəxsin yaxın rəfiqələri Kamila Süleymanova və Aytən Muxtarova ifadə veriblər.
Onlar ümumiyyətlə Raziyyat Əliyevanın Ziya Hüseynzadə tərəfindən döyüldüyünü görmədiklərini, ancaq döyülməsi barədə məlumatları Razi Əliyevanın özündən eşitdiklərini bildiriblər.
Təqsirləndirilən şəxs Ziya Hüseynzadə bildirib ki, Razinin ən yaxın rəfiqəsi olan Kamila Süleymanova ilə daha yaxın münasibətləri olub və müxtəlif vaxtlarda Gürcüstanda onunla birlikdə yaşayıb.
Hakim zərərçəkmiş şəxs Razi Əliyevanın prosesə gəlməməsi ilə bağlı onun anası Xadijat Əliyevaya xəbərdarlıq edib.
Bildirib ki, bu hal növbəti dəfə təkrarlansa, zərərçəkmiş barəsində polis nəzarəti altında məcburi gətirilmə barədə qərar qəbul edəcək.

Şou Biznes       Tarix: 02 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər.az son xəbərlər bugün 2026 en yeni xeberler sonxeber