Zöhrə Abdullayevanın səhhəti ilə bağlı açıqlama - FOTO
Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Əməkdar artist Zöhrə Abdullayevadan xəbər var.
Azxeber.com xəbər verir ki, aparıcı Hacı Nuran Hüseynov sənətçi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, Z.Abdullayeva ilə çəkilən fotolarını yayımlayaraq sənətçinin səhhəti ilə bağlı açıqlama verib:
"Zöhrə Abdullayevanı anam kimi sevirəm. Onun səhhəti də həmişə mənim diqqətimdə olub. Hər zaman əlimdən gələni etməyə hazıram. Bu dəqiqə isə onun hər kəsin duasına ehtiyacı var.
Çünki tibbin aciz qaldığı məqamlarda insan ümidini Allaha bağlayır. Mən də bu dəqiqələrdə hamının onun üçün dua etməsini istəyirəm. Yastığın yüngül olsun, əziz insan. Tanrı sənə qıymasın".
Xatırladaq ki, Zöhrə Abdullayeva revmatizmdən əziyyət çəkir. Sənətçi yanlış müalicə olunduğundan ayaqları tutulub və buna görə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.
O, səhhəti ilə bağlı xeyli çəki itirərək arıqlayıb.



Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq