10 dəfə ölümdən xilas olan dünyanın ən bəxtəvər insanı - FOTO/VİDEO

10 dəfə ölümdən xilas olan dünyanın ən bəxtəvər insanı - FOTO/VİDEO10 dəfə ölümdən xilas olan dünyanın ən bəxtəvər insanı - FOTO/VİDEO
İngiltərənin Plimut şəhərinin sakini Ues Qrant Böyük Britaniya mediası tərəfindən "hazırda yaşayan ən bəxtli insan" adını alıb.
Bu barədə "Mirror" xəbər yayıb.
37 yaşlı sakin uşaq vaxtından etibarən onun ölümü ilə nəticələnə biləcək ekstremal vəziyyətlərə düşüb. Ancaq hər dəfəsində möcüzəvi şəkildə xilas olub.
İlk bədbəxt hadisə uşaqlığında, Cənubi Afrika Respublikasında yaşayarkən baş verib. Həmin vaxt o, velosipedlə avtomobil yolunda qəzaya uğrayıb.
10 dəfə ölümdən xilas olan dünyanın ən bəxtəvər insanı - FOTO/VİDEOQrantın 16 yaşı olanda isə qaldığı uşaq düşərgəsində yanğın baş verib. Nəticədə ayaqları elə möhkəm yanıb ki, yeriməyi yenidən öyrənmək məcburiyyətində qalıb. 
10 dəfə ölümdən xilas olan dünyanın ən bəxtəvər insanı - FOTO/VİDEO17 yaşında alovlanan dezodoranta görə üzündən ciddi yanıq xəsarəti alıb.
Sonra Qrant pul qazanmaq üçün ağızdan od püskürmə fəndini öyrənməyə çalışır. Lakin buraxdığı səhv və pis yanacaq yeni yanıqlarla nəticələnib.
Bir dəfə Qrant təsadüfən canilərin olduğu maşının yanından keçib. Bu maşındakıların planını pozub və onlar gənci təmir açarı ilə vurub. Xoşbəxtlikdən kürəyindən aldığı xəsarət ağ ciyərlərini zədələməyib.
Hətta cinayətkarların atəşinə məruz qaldığı hal da olub.
2006-cı ildə Kral dəniz piyadalarına qoşulmaq üçün CAR-dan çıxan Qrant Əfqanıstana göndərilib. Burda o, iki dəfə taliblərin mühasirəsinə düşüb və yaralanıb.
10 dəfə ölümdən xilas olan dünyanın ən bəxtəvər insanı - FOTO/VİDEOXidmətdə olarkən Qrant ürək tutması keçirib və 8-9 saat  görmə qabiliyyətini itirib. Məlum olub ki, qan laxtası ürəyindən keçərək boğazına qalxıb. Qan axınının məhdudlaşması görmə qabiliyyətini müvəqqəti pisləşdirib. Həkimlər onu əməliyyat etmək məcburiyyətində qalıblar. Onlar gəncin sağ qalacağına 50 faiz zəmanət vermişdilər.
10 dəfə ölümdən xilas olan dünyanın ən bəxtəvər insanı - FOTO/VİDEODəniz piyadası kimi karyerasının son illərində aerodromda təlimçi işləyən Qrant bir dəfə havada paraşütdə yaranan problemlə əlaqədar ölümdən son anda xilas ola bilib.
2013-cü ildə o, hərbi xidmətdən çıxır və gəmilərin pirat hücumundan qorunması ilə məşğul olur. Bu müddətdə o, bir neçə dəfə yaralanıb.
Sonradan Ues özəl mühafizəçi kimi ixtisaslaşaraq məşhurların, ali səviyyəli şəxslərin və hətta kral ailəsinin üzvlərinin mühafizəsi ilə məşğul oldu.

Hazırda o, bodibildinqlə məşğuldur, ölkə və dünya çempionu titullarına sahibdir.
10 dəfə ölümdən xilas olan dünyanın ən bəxtəvər insanı - FOTO/VİDEO10 dəfə ölümdən xilas olan dünyanın ən bəxtəvər insanı - FOTO/VİDEO

Maraqlı       Tarix: 28 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xəbərlər apa.az xeberler bu gunun xeberleri